Qubad Ibadoğluna daha bir ciddi dəstək

img

05-09-2014 [15:49]


Müsavat Partiyası başqanının həbsdəki müavini Tofiq Yaqublu partiya sədrliyinə namizədlər arasından öz seçimini edib. 

Hazırda həbsdə olan T.Yaqublu vəkili vasitəsilə "Yeni Müsavat”a göndərdiyi müraciətində açıq mətnlə Qubad İbadoğlunu dəstəklədiyini bəyan edib. 

T.Yaqublunun həmin müraciətini olduğu kimi təqdim edirik: 

"Salam, hörmətli qurultay nümayəndələri! 

Əminəm ki, müəyyən edilmiş vaxtda qurultay keçiriləcək və müsavatçılar özlərinin növbəti başqanını seçəcəklər. Böyük ehtimalla qalan vaxt ərzində də hakimiyyət qurultayın baş tutmaması üçün xislətinə uyğun problemlər yaratmağa çalışacaq. Ona da əminəm ki, siz bu maneələri dəf etməyi bacaracaqsınız.

Mənim müraciətim başqanlığa namizədlərlə, daha çox da müdafiə etdiyim namizədlə bağlıdır. Buna keçməzdən əvvəl 1992-ci ildən bu yana Müsavat Partiyası başqanı postunu tutmuş, bu vəzifəni şərəflə, qeyrətlə və siyasətçilərə nümunə olacaq şəkildə yerinə yetirmiş İsa Qəmbərə dərin təşəkkürümü bildirirəm. Qəti qənaətim bundan ibarətdir ki, o, Məmməd Əmin Rəsulzadədən sonra partiyamızın ən uğurlu başqanı olub. 
Məndə olan məlumata görə, başqanlıq postuna dörd iddiaçı var: Səxavət Əlisoy, Arif Hacılı, Tural Abbaslı və Qubad İbadoğlu. Onların hər biri başqanlıq postuna layiqdirlər və bunu keçdikləri şərəfli mübarizə yolu ilə sübut ediblər. Mənim düşüncəmə görə, əsas mübarizə Qubad İbadoğlu ilə Arif Hacılı arasında gedəcək və yəqin ki, siz artıq öz seçiminizi etmisiniz. Mən də öz seçimimi etmişəm, dəstəklədiyim namizəd Qubad İbadoğludur. Özüm də Qurultay nümayəndəsiyəm, həbsdə olmağım səbəbindən sesvermədə iştirak edə bilmərəm, amma həbsim müdafiə etdiyim namizədin lehinə təbliğat aparmağa maneə ola bilməz və bu, qaydalara tam uyğundur. Deyə bilərsiniz bir halda ki, nümayəndələr artıq öz seçimlərini ediblər, onda təbliğatın əhəmiyyəti nədir? Axı mən müsavatçılara müraciət edirəm. Onlar beyinsiz, konyukturaya tabe olan, yuxarıdan gələn tapşırıq əsasında səs verən YAP  tərəfdarlarından fərqli olaraq düşünməyi, arqumentləri dəyərləndirməyi və nəticədə düzgün qərar çıxarmağı bacarırlar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA