"Belə sənədlər Azərbaycana qol-qanad verir” - Sarksiyan qorxu içində

img

05-09-2014 [12:01]


Ermənistan prezidenti Serj Sərkisyan sentyabrın 4-ü Uelsin Nyuport şəhərində, NATO və tərəfdaşlarının toplantısında Qarabağdan söz açıb.


"Media forum” saytının məlumatına görə, dövlət və hökumət başçılarının toplantısında söz alan Serj Sərkisyan NATO sammitinin sentyabrın 5-də qəbul edəcəyi sənəddə Dağlıq Qarabağ problemi ilə ehtiyatlı olmağa səsləyib.

Serj Sərkisyanın çıxışında bu ifadələr yer alıb: "Sabah bu zalda mənim xalqımın təhlükəsizliyinə və bizim regionda sülhə dəxli olan sənəd qəbul ediləcək. İki variant var. Ya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ixtisaslaşmış yeganə beynəlxalq struktur olan ATƏT-in Minsk qrupunun ritorikasından, ABŞ və Fransanın dəstəklədiyi ritorikadan istifadə ediləcək, ya da NATO-nun digər üzvünün lobbiçiliyi (ad çəkmir, təbii ki, Türkiyəni nəzərdə tutur – red.) baş verəcək. 

Ya sağlam düşüncə, sülhə can atımı qalib gələcək, ya da ksenofobiya, müharibə ritorikası, insan itkilərinə gətirən təxribatlar şirnikləndiriləcək. İkinci variant yaxşı nəticəyə gətirməyəcək. Belə sənədlər Azərbaycana qol-qanad verir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA