TƏHSİLİMİZ ÜÇÜN BİR İTKİ - Məktəb direktoru vəfat edib

img

06-10-2025 [11:43]


İmişli şəhər N. Şirinov adına 5 nömrəli texniki fənlər təmayüllü məktəb- liseyin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi  Zülfüqarova Validə Ziliş qızı bu gün dünyasını dəyişib.

Təhsilimizin inkişafında misilsiz xidmətləri olan Validə Zülfüqarovanın rəhbərlik etdiyi təhsil müəssiəsi uğurlu təlim- tərbiyə göstəricilərinə görə "İlin məktəb- liseyi" olmuşdur.

Validə müəllimə peşəkar pedaqoq, nüfuzlu məktəb- lisey rəhbəri olmaqla bərabər, ictimai işlərdə həmişə öndə olan, fəal Azərbaycan qadını idi. Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatında Qadınlar Şurasının sədri kimi regionda uğurlu işlər aparırdı.

Onun vaxtsız dünyasını dəyişməsi Azərbaycan təhsili üçün bir itkidir.

Bir həmkar, bir dost kimi xatirəsi həmişə qəlbimizdə olacaq!

Çox heyif, işləri, arzuları yarımçıq qaldı...

Allah rəhmət eləsin!

Səxavət Tağlar, 
Əməkdar müəllim, Prezident mükafatçısı

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA