Tural Abbaslı Arif Hacılıya meydan oxudu

img

04-09-2014 [14:14]


Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri, başqanlığa namizəd Arif Hacılının mətbuata verdiyi müsahibə partiya üzvləri arasında xoş qarşılanmayıb.

A.Hacılının "namizədliyimi irəli sürəcəyim təqdirdə, Müsavat başqanı seçiləcəyimə heç bir şübhəm yoxdur”-deyə səsləndirdiyi fikirə başqanlığa digər namizəd Tural Abbaslı münasibət bildirib.

O, Arif Hacılının bu fikirlərinin həqiqət olmadığını vurğulayıb.

"Arif Hacılının bu fikrini təbliğat kimi qəbul edirəm, həqiqət kimi yox. Yəni, "namizədliyimi verəcəyim təqdirdə seçiləcəyəm deməklə” özünün kampaniyasını aparır, özündən əminliyini göstərir. Çünki əks təqdirdə 600-ə yaxın nümayəndə var və onların kimə səs verəcəyini özlərindən başqa bir çoxu bilmir. Uzun illər Müsavatı tanıyan adam kimi deyə bilərəm ki, seçkilərin nəticəsini əvvəlcədən bəyan etmək uyğun olmaz. Amma yenə də onun şəxsi fikridir. Əgər o özündən əmindirsə, mən də həmin ifadə ilə deyirəm ki, mən də başqan seçiləcəyimdən əminəm, Qubad İbadoğlu da əmindir. Ona görə də bu fikri daha çox təbliğat kimi qəbul edirəm, nəinki həqiqət kimi”-deyə T.Abbaslı A.Hacılıya cavabında bildirib.(azvision.az)



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA