Müsavat başqanının qardaşından - Müraciət

img

04-09-2014 [14:03]


Dünya Azərbaycanlıları Məclisinin sədri, Müsavat başqanının qardaşı Rövşən Qəmbər qardaşı İsa Qəmbər ilə qətiyyən müzakirə etmədiyi fikirlərilə sevimli xalqımıza müraciət edib.

MİA-ya daxil olam müraciəti olduğu kimi təqdim edirik: "Sevimli Xalqım!!! Azərbaycanda hüquqi dövlətimizin qurulmasına çalışan əziz və ədalətsevər Dostlarım!!! Son 22 ildə Azərbaycanda hüquqi dövlətimizin qurulmasına çalışan vətəndaşlarımızın xalq hərəkatının ən böyük uğurlarından biri Azərbaycan Xalq Cəbhəsinin yaranmasıdırsa, digəri də ən çox istedadlı və ədalətsevər vətəndaşlarımızın fədakarlığı nəticəsində inkişaf etmiş Müsavat Partiyasıdır!! Müsavatçılar Azərbaycanda bu günə qədər davam edən hüquqi dövlətimizin qurulmasında müstəsna iştirakı haqda obyektiv tarixçilər layiqli sözlərini tarıx kitablarında əbədiləşdirəcəklərinə çox inanıram!! Rəsulzadənin yubileyi ilində Müsavat Partiyasının qurultayını iki il öncə Avropanın ən böyük mahnı yarışması keçirilən büllur sarayda keçirilsəydi, Azərbaycanın problemlərinin həllinə daha xeyirli olardı!! Təəssüf ki, bu gün Azərbaycan Dövlətinin adından danışanların rahatsız olmalarına görə, Azərbaycanın problemlərinin həllindən çox, vəzifələrində qalaraq qara gün üçün sərvətlər topladıqları üçün Müsavat Partiyasının qurultayının uğurlu keçəcəyindən rahatsız olaraq min nəfərlik sarayın verilməsinə mane olurlar... Digər tərəfdən bu qurultayın uğurlu nəticələr əldə etməsinə hər bir ədalətsevər vətəndaşlarımız maraq göstərir, mən də son 44 ildə əsasən qürbətdə yaşayan bir Azərbaycan vətəndaşı olaraq bəzi fikirlərimi əziz və ədalətsevər vətəndaşlarımıza bildirmək istəyirəm: Arif bəy, Səxavət bəy, Tural bəy də Müsavat Partiyasının başqanı olmağa layiq vətəndaşlarımızdırlar və kimin daha layiqli olmasına sentyabrın 27-də keçiriləcək Qurultayın nümayəndələri səsvermə yoluyla qərar verəcəklər!!! Lakin Qubad bəy də çox istedadlı, ədalətsevər, ləyaqətli, ingiliscə yaxşı danışan, dünyada ən çox tanınmış, qlobal beynəlxalq təşkilatların işində iştirak etmiş, enerjili gənc vətəndaşlarımızdan biridir!!! Çox istərdim ki, Azərbaycanda hüquqi dövlətimiz qurulmasına nail olmaq üçün bütün namizədlər İsa bəylə birlikdə beş nəfərdən ibarət kollektiv kollegial başqanlıq sistemi qursunlar və Azərbaycanda ən azından Estoniya səviyyəsində hüquqi dövlətimizin yaranmasına qədər, NATO və Avropa Birliyinə maksimal inteqrasiyasını mümkün edən dərəcədə inkişafına gecə gündüz çalışıb xalqımızın problemlərinin həllinə nail olsunlar!!!!! Ləyaqətli Azərbaycan Dövlətinin qurulmasına nail olsunlar və Prezident, Baş Nazir, Maliyə Naziri, Səhiyyə Naziri, Gənclər və İdman Naziri və bir çox şərəfli vəzifələrdə ona görə çalışsınlar ki, xalqımız əgər bu şəxsiyyətləri ən yüksək səviyyəli və ən ədalətsevər mütəxəssis kimi səsvermə yoluyla onları müsbət dəyərləndirə bilsə!!! Yeni seçiləcək başqanın əsas vəzifəsi Azərbaycanda hüquqi dövlətimizin qurulmasına nail olmaqdır!!! Bunun üçün Vətənimizdəki bütün imkanlarımızdan səmərəli istifadə edərək Global Beynəlxalq Təşkilatların innovativ potensialından maksimal yararlanmaq vacibdirsə, Qubad bəy, İsa bəy və Arif bəy gecə gündüz birlikdə çalışsalar, daha tez Azərbaycanda hüquqi dövlətimizin qurulmasına nail olacaqlarına inanıram!!! Müsavat Partiyasının qurultayının uğurlu nəticələr əldə etməsinə maksimal təsir edəcəyinizə ümid edirəm və arzu edirəm ki, Rəsulzadənin Davamçıları Azərbaycanın adına layiq qurultayla yaxın gələcəkdə Azərbaycanlıların Avropa Birliyinin üzvü olmağa çox layiqli millət olduğunu sübut etsinlər!!!" 

Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Yunısoğlu Qəmbər 

Almaniya 04.08.2014

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA