AVP daha bir rayon təşkilatının ofisini açdı

img

03-09-2014 [19:30]


Ana Vətən Partiyası Qubadlı rayon təşkilatının  Sumqayıt şəhərində ofisinin açılışı olub.

 Partiyadan Mia.az-a verilən məlumata görə, açılışda AVP Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı, sədrin siyasi məsələlər üzrə müşaviri Qalib Əhmədov, Sumqayıt şəhər təşkilatının sədri Şahbəndər İsmayılov və  Qubadlı rayon təşkilatının bir qrup fəalı iştirak edib.

Tədbirdə çıxış edən natiqlər Qubadlı rayon təşkilatının ofisinin açılışının partiya həyatında mühüm hadisə olduğunu və rayon təşkilatının fəaliyyətində əhəmiyyətli rol oynayacağını bildiriblər.

Çıxış edən partiya fəalları həmçinin, partiyanın qarşısında duran vəzifələrdən, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqdan danışdılar və ana vətənçiləri bələdiyyə seçkilərində aktiv şəkildə iştiraka dəvət ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA