"O, polis rəisidir..." - Siyasinin məhkəməsində hakim belə dedi

img

03-09-2014 [19:20]


Sentyabrın 3-də Şəki Apellyasiya Məhkəməsində İsmayıllı hadisələrinə görə təqsirləndirilən şəxslərin, o cümlədən Müsavat başqanının müavini Tofiq Yaqublunun işi davam etdirilib.

Məhkəmə prosesində hakim vəkillərin qaldırdığı vəsatətləri təmin etməyib. Məhkəmə iclasının ikinci hissəsində əlavə sahidlər dindirilib.

Hakim Mingəçevir Polis İdarəsinin rəisinin şahid qismində məhkəməyə çağırılmasına qarşı çıxıb. Bu barədə vəkilin vəsatətini təmin etməməsinin səbəbini hakim "O, polis rəisidir" deməklə əsaslandırmağa çalışıb.

Müsavat başqanının müaviniTofiq Yaqublu isə hakimin arqumentinə replika atmaqla reaksiya verib: "Axir ki, rütbənin boyuk rol oynadığını qəbul etdiniz".

musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA