"Hüseyn Abdullayev axtarışdadır və axtarılır" - DİN

img

03-09-2014 [14:29]


Daxili İşlər Nazirliyi mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov sabiq millət vəkili Hüseyn Abdullayevin İnterpol vasitəsi ilə axtarışına xitam verilməsi barədə dediklərinə münasibət bildirib.


E.Zahidov, aktual.az-a bildirib ki, Hüseyn Abdullayevin dediklərinə əlavə şərh vermək istəmir: "Lakin konkret olaraq, demək istəyirəm ki, Hüseyn Abdullayev axtarışdadır və axtarılır".

Xatırladaq ki, Hüseyn Abdullayev "Azadlıq" qəzetinə müraciətində qeyd edib ki, Azərbaycan hökumətinin onu İnterpol vasitəsi ilə axtarışa verməsi faktı ilə razılaşmayaraq, uzunmüddətli yazışmalar aparıb: "Nəzərinizə çatdırıram ki, vəkillərimin, uzun müddətdir apardıqları qarışılıqlı yazışmaların nəticəsində, mərkəzi Fransanın Lion şəhərində olan Beynəlxalq Polis Təşkilatı- İnterpol avqust ayından mənim haqqımda axtarışı öz rəsmi veb- səhifəsindən çıxarmışdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA