Buraxılış imtahanında dəyişiklik olacaq: "Dərslikdə olmayan, tanımadıqları bir mətni təqdim edirik, çünki..."
16-09-2025 [11:45]
"Builki IX sinif buraxılış imtahanlarında xarici dil fənni üzrə yeni test modeli tətbiq edilib.
Mia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə "Xalq" qəzetinə müsahibəsində deyib.
O bildirib ki, burada əsas məqsəd şagirdlərin yaradıcı düşünmə, məntiqi ardıcıllıqla fikir ifadə etmə və dil bacarıqlarını daha da inkişaf etdirməkdir: "Hazırda IX sinif məzunları üçün tətbiq edilən bu yeniliyin 2027-ci ildən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında da tətbiqi nəzərdə tutulur"(Report).
DİM sədri daha sonra deyib ki, imtahanlarda verilən tapşırıqlar dərsliklərə uyğun deyil, uşaqlar əzbərçiliyə yönəlir və kütləvi imtahan əzbərçiliyi təşviq edir kimi iradlar əsaslı və düzgün yanaşma deyil:
DİM sədri qeyd edib ki, Milli Kurikulum 2009-cu ildə təsdiqlənmiş və rəsmi sənəd kimi qəbul olunub. Dərsliklər həmişə kurikuluma əsaslanır, eyni zamanda imtahan sualları müəyyən keyfiyyətləri yoxlamaq üçün hazırlanır.
"Məsələn, uşaqların "oxuyub-anlama" bacarığını yoxlayarkən, dərslikdə olmayan, tanımadıqları bir mətni təqdim edirik. Çünki kurikulumda göstərilir ki, şagird bilmədiyi, tanımadığı mətni oxuyub-anlamalıdır. Biz imtahanda şagirdə ona tanış olmayan mətni veririk ki, oxuyub-anlama, eşidib-anlama qabiliyyətini yoxlayaq. Müəyyən sualların qoyuluşu elədir ki, biz məlumatı verir və soruşuruq ki, situasiyanın həllini necə görürsən. Diaqramlarla işləmək kimi tapşırıqlar da verilir. Bu və ya diaqram özü dərslikdə olmaya bilər və olmamalıdır, şagird diaqramla işləmək bacarığını məktəbdə öyrənməlidir. Bəzən isə buna irad bildirirlər ki, verilən tapşırıqlar dərsliklərə uyğun deyil, uşaqlar əzbərçiliyə yönəlir və kütləvi imtahan əzbərçiliyi təşviq edir. Burada heç bir məntiq yoxdur, belə iradlar əsaslı və düzgün yanaşma deyil"
MİA.AZ
Ərəblər daha bir məşhur məşqçi ilə anlaşdı
PSJ məhkəmədə uduzdu - Mbappeyə 61 milyon avro təzminat ödənləcək
"Ayaks" yapon müdafiəçisi ilə anlaşdı
Balakəndə ağır qəza: ölən və xəsarət alanlar var
İsrail İordan çayının Qərb Sahilində 531 hektar torpağı ələ keçirib
Milyonlarla izləyicisi olan tiktoker canına qıyıb - Səbəb gizlədilir
Şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda necə formalaşır? - Vahid Tağıyev yazır
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Qəzza yenidən bombalanıb: ölənər var
Ərdoğan iki ölkəyə xəbərdarlıq etdi: "Qara dənizdə Türk gəmilərinin vurulması...." - Türkiyə lideri Ermənistanla əlaqədən də söz açdı
Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğanın silahdaşı aparıcılar haqda elə iddia irəli sürdü ki... - "Onlardan daha betəri var, əgər cinayət işi açılmazsa..."
Mürvət Həsənli İctimai Şuranın sədri oldu - KTN-də...
"Evdən iş" forması - Yeni qanun parlamentdə ilk oxunuşdan keçdi
Nərimanovda dərəbəylikdir - Şirkət sakinlərin istilik, elektrik və qaz xətlərini kəsib
Hakan Fidan ABŞ səfiri ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Volkan Dəmirəl istefaya göndərildi - Yeni təyinat oldu
General-mayor vəzifəsindən azad olunub
Mərc oyunları reklamı qadağan olunacaq - Türkiyədə
Prezident İlham Əliyev amnistiya elan edib - Nə qədər məhkum azad olunacaq? (YENİLƏNİB)
Azərbaycan və Türkiyə arasında yeni anlaşma: nələr olacaq? - TƏHLİL
Cəmil Həsənli növbəti dəfə istintaqa çağırıldı
Xətaidə pirotexniki vasitə satan şəxs saxlanıldı
Deputatlar bu tarixdə toplanacaq
"Fənərbağşa"dan ayrılan məşhur hücumçu yeni kluba keçir
Qənimət Zahidə ittiham aktı elan olunub - Məhkəmə prosesi
Deputat: "Ət ala bilməyən minlərlə ailə var, şadlıq evlərində isə tonlara kabab zibilə atılır"
Vergi Məcəlləsinə dəyişiklik olunub - DETALLAR
Bu xidmətlərdən dövlət rüsumu tutulmayacaq - Yeni qanun
Xocalının daha iki kəndinə köç olub
Sabah yağış yağacaq
Tramp BBC-dən 5 milyard dollar tələb edir - Məhkəmə qəlmaqalı
İrandan Azərbaycana 31 kq narkotik keçirənlər saxlanılıb
Generalın yerinə polkovnik təyin olunacaq? - Yeni iddia yayıldı
İndoneziyada fəlakət: hələ də 206 nəfəri cəsədi axtarılır
Azərbaycan və Türkiyə arasında daha bir Anlaşma ratifikasiya edilib
Partiya sədri: "...niyə onların sürücü və katibəsi olmalıdır?" - "Belə bir sistemə keçsək, məmurların bir çoxu acından oboy yeyər..."
Pakistanda zəlzələ - 5.2 bal gücündə