Milyonlarla izləyicisi olan tiktoker canına qıyıb - Səbəb gizlədilir

img

16-12-2025 [20:28]


"TikTok"dakı paylaşımı ilə milyonlarla izləyici kütləsi qazanan 31 yaşlı sosial media fenomeni Taker Genal intihar edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Los-Ancelesdə yaşadığı evdə canına qıyıb.

Taker Genalın gözlənilməz ölüm xəbəri ailəsi tərəfindən təsdiqlənib. Lakin ölümün təfərrüatı və səbəbi açıqlanmyaıb.

"Daily Mail" yazır ki, tiktokerin meyiti Los-Anceles Şəhər Məhkəmə Tibbi Ekspertizası tərəfindən müayinə olunub və hər hansı bir qəsd izi aşkarlanmayıb.

Generalın ölümü haqda qardaşları Karson və Konnor birgə başsağlığı yayıblar: "Haradan başlayacağımıızı belə bilmirik. Sən bizim ən yaxşı dostumuz və böyük qardaşımız idin. Bütün həyatımız boyu sənə heyran olmuşuq, sənin izlərinlə getməyə çalışmışıq. Çünki sən həmişə qəhrəmanımız idin. Bir şeyə əminik: yenidən görüşənə qədər ömrümüzün qalan hissəsini sənə heyranlıqla keçirəcəyik"

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:25 16.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA