Vəkil: "Rəşad Dağlı ağır cinayət törətdiyi üçün ona güzəşt edilməyəcək"

img

16-12-2025 [15:30]


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Məclisə müzakirə üçün amnistiya aktı layihəsini göndərib.

Hazırda həbsdə olan məşhurlar arasında cəmiyyətə ən çox maraqlı olan meyxanaçı Rəşad Dağlıdır. Bəs ona bu amnistiya aktı ilə hər hansı güzəşt edilməsi mümkündür?

Mia.az-ın məlumatına görə, bu barədə Ajans.az-a danışan Daşqın Qənbərov deyib ki, Rəşad Dağlı ağır cinayət törətdiyi üçün ona güzəşt edilməyəcək: "Amnistiya aktının layihəsində aydın şəkildə göstərilir ki, ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə münasibətdə tətbiq edilə bilər. Lakin Rəşad Dağlı isə qəsdən törədilmiş ağır cinayətdə ittiham olunduğundan ona bu amnistiya aktı ilə hər hansı güzəştin ediləcəyi gözlənilə bilməz".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:25 16.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA