Xocalının daha iki kəndinə köç olub

 Xocalının daha iki kəndinə köç olub

GÜNDƏM

16.12.2025, 12:28

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Mia.az xəbər verir ki, bu gün Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinin hər birinə ayrılıqda 10 ailə (müvafiq olaraq 44 və 41 nəfər) köçürülür.

Qeyd olunan kəndlərə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu köçlə Təzəbinəyə qayıdan ailələrin ümumi sayı 139-a (609 nəfər), Seyidbəyliyə köçürülən ailələrin sayı isə 48-ə (168 nəfər) çatacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR