Kamran Əliyevin Sinqapura səfəri başa çatıb
SİYASƏT
11.09.2025, 13:32
Azərbaycan Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə Sinqapurda işgüzar səfərdə olub.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Tədbirdə Baş prokurora ötən il Bakıda Baş Prokurorluğun təşkilatçılığı ilə yüksək səviyyədə keçirilmiş Assosiasiyanın 29-cu Ümumi Yığıncağının uğurlu təşkilinə görə təltifnamə təqdim olunub. Bununla əlaqədar çıxış edən Baş prokuror qeyd edib ki, bu mükafat ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisi olmaqla yanaşı, Azərbaycan Prokurorluğunun qlobal miqyasda səmərəli fəaliyyətinə verilən yüksək qiymətin təzahürüdür.
Konfrans zamanı, həmçinin "İqtisadi cinayətlər və aktivlərin bərpası üzrə ixtisaslaşmış şəbəkə" adlı sessiya təşkil olunub. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisi İsfəndiyar Hacıyevin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın Baş prokurorunun müavini Heydər Məmmədov "İqtisadi cinayətlərin araşdırılmasında və aktivlərin qaytarılmasında texnologiya əsaslı yanaşmalar – Azərbaycan təcrübəsi" mövzusunda çıxış edərək, ölkəmizdə maliyyə cinayətlərinin istintaqı, aktivlərin qaytarılması, süni intellekt və müasir texnologiyaların tətbiqi sahəsində əldə edilmiş təcrübə barədə iştirakçıları məlumatlandırıb.
Tədbir çərçivəsində Baş prokuror Böyük Britaniyanın Kral Prokurorluğu Xidmətinin rəhbəri, Səudiyyə Ərəbistanı Krallığı, İsveç Krallığı və Litva Respublikasının Baş prokurorları, eləcə də Malayziya və Braziliya Federativ Respublikasının Baş prokurorlarının müavinləri ilə ikitərəfli görüşlər keçirib.
Görüşlər zamanı qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub, tərəflər beynəlxalq cinayətkarlığa qarşı mübarizədə qarşılıqlı etimada əsaslanan birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayaraq, əməkdaşlıq haqqında Memorandumun imzalanması imkanlarını da müzakirə ediblər.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran bəzi konket cinayət işlərinin istintaqı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi baş tutub.
Tədbirdə, həmçinin, Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev də iştirak edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Millətlər Liqası: 10 oyn oldu, hansı komandalar qalib gəldi?
Bugün, 00:49 İDMAN
-
Rusiyanın Qara dənizdə bir tankeri vurulub
Bugün, 00:49 DÜNYA
-
Tramp: "İran bizlə ya razlaşacaq, ya da yox olacaq"
Bugün, 00:18 GÜNDƏM
-
İstanbulda daha iki bələdiyyə sədri həbs olunub
Bugün, 00:14 DÜNYA
-
"Qalatasaray" Barış Alper Yılmazla müqaviləni yeniləyir
Bugün, 00:07 İDMAN
-
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
Pakistandan "əzələ nümayişi" - Yeni Fətah-4 raketi sınaqdan uğurla çıxarıldı (FOTOLAR)
06.10.2026, 23:47 GÜNDƏM
-
“Bakı Metropoliteni” QSC sədri özünə yeni müşavir götürdü
06.10.2026, 23:38 GÜNDƏM
-
Ceyhun Cəlilov: "Naxçıvanın iki əsas istiqamətdə çətinliyi var..." - "Səlahiyyətli nümayəndəlik daha çox nəzarətedici və..." (MÜSAHİBƏ)
06.10.2026, 21:12 SİYASƏT
-
"Daltons" şəbəkəsinə qarşı 14 şəhərdə eyni anda əməliyyat başladı: saxlanılanlar arasında uşaqlar da var!
06.10.2026, 20:43 KRİMİNAL
-
Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
06.10.2026, 20:01 İQTİSADİYYAT
-
MƏKTƏBLƏRDƏ GEYİMLƏ BAĞLI YENİ TƏLƏBLƏR QƏBUL OLUNDU - Nazirlər Kabineti açıqladı
06.10.2026, 19:41 GÜNDƏM
-
Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur? - Ekspert Fərid Cəfərlidən açıqlamalar
06.10.2026, 18:55 İQTİSADİYYAT
-
Reketlər "xərac" kəsdi, vermədi və... - Türkiyədə məşhur zərgər iş yerinin qarşısında güllələndi
06.10.2026, 18:35 KRİMİNAL
-
ABŞ-da 60 ildən sonra bir ilk: 13 əsgəri öldürən psixiatr güllələnəcək - Tramp edamı təsdiqlədi
06.10.2026, 18:17 DÜNYA
-
Nazir öz oğluna üçmərtəbəli obyektin istismarına icazə verib
06.10.2026, 18:03 CƏMİYYƏT
-
Canan Karataydan təəccübləndirən məsləhət: Səhər acqarına bunu için
06.10.2026, 17:49 CƏMİYYƏT
-
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
06.10.2026, 17:39 KRİMİNAL
-
Nazir Köçəri Tumasovu təltif etdi
06.10.2026, 17:34 CƏMİYYƏT
-
Ağ Evin keçmiş mətbuat katibinin yeni iş yeri bəlli oldu
06.10.2026, 17:22 PRESS
-
Naxçıvan Mədəniyyət nazirinə müavin təyin olunub
06.10.2026, 17:13 MƏDƏNİYYƏT
-
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları bir arada - FOTOLAR
06.10.2026, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
06.10.2026, 17:00 İQTİSADİYYAT
-
Leyla Seyidovaya yeni vəzifə verildi
06.10.2026, 16:58 GÜNDƏM
-
Keçmiş Xarici İşlər naziri Mərdəkanda bağ sahəsini zəbt edib? - Sabiq nazir "Sovet dövründə o torpaq sahəsi mənim atama verilib" deyir (Yeniləniib)
06.10.2026, 16:47 CƏMİYYƏT
-
Polkovnik Rahim Cəfərov təqaüdə göndərilib
06.10.2026, 16:45 CƏMİYYƏT
-
Özgür Özəl partiyasını satanlar haqqında elə şeylər dedi ki... "Xain oğlu xainlərdir"
06.10.2026, 16:29 GÜNDƏM
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTOLAR (Yenlənib)
06.10.2026, 16:19 GÜNDƏM
-
"Qalatasaray"ın baş məşqçisi "Kasımpaşa" matçına yeni heyətlə çıxacaq
06.10.2026, 16:09 İDMAN
-
Türkiyə parlamentində şok istefa - Vitse-spiker vəzifədən getdi (FOTO)
06.10.2026, 16:01 SİYASƏT
-
İsrail ordusu İrana hücum planı hazırlayır
06.10.2026, 15:53 GÜNDƏM
-
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
06.10.2026, 15:44 GÜNDƏM
-
Rusiyalı aparıcı Bakıda ev alıb
06.10.2026, 15:23 CƏMİYYƏT