Türkiyədən İsrailin Dohada HƏMAS yetklilərini vurmasına ilk - Münasibət 

img

09-09-2025 [19:24]


Türkiyədən İsrailin Dohada HƏMAS yetklilərinin olduğu binaya hava zərbəsi endirməsinə ilk rəsmi münasibət bildirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğann lideri olduğu AK Partiyanın sözçüsü Ömər Çelik İsrailin Qətərdə HƏMAS-ın danışıqlar üzrə heyətini hədəf almasını terror sayıb.

O, bu haqda sosial media hesabında yazıb: "HƏMAS heyətini danışıqlara çağırmaq və sonra onu hədəfə almaq barbarca terror aktıdır. İsrail sülh istəyən bütün ölkələri hədəf alıb. İsrailin Qətərə hücumu vəhşi terror aktıdır. Bu vəhşi hücum beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. İsrail bu terror aktı ilə sülh və atəşkəs üçün vasitəçiliyə qarşı olduğunu növbəti dəfə nümayiş etdirdi. Dostumuz və qardaşımız Qətərin təhlükəsizliyini təhdid edən bu hücumu pisləyirik".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA