“İblis”in yeni təqdimatı olacaq
MƏDƏNİYYƏT
09.09.2025, 18:02
Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ilk günündə Hüseyn Cavidin “İblis” əsərinin simfonik orkestr musiqiçilərinin və Azərbaycan Dövlət Pantomim Teatrının iştirakı ilə yeni təqdimatı olacaq.
Mia.az xəbər verir ki, sentyabrın 23-də Heydər Əliyev Mərkəzində nümayiş olunacaq yeni quruluşun baş rejissoru Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, Azərbaycanın Xalq Artisti Bəxtiyar Xanızadədir.
Əsərin yeni təqdimatının özəlliyi canlı orkestrin müşayiəti və orkestr musiqiçilərinin tamaşa müddətində həm də iştirakçıya çevrilməsidir. Tamaşa boyu musiqiçiləri, Pantomim Teatrının aktyorlarını və hadisələri isə dirijor idarə edəcək.
Yeni quruluşda baş rolun ifaçısı və dirijor Prezident mükafatçısı, bir sıra beynəlxalq müsabiqələrin laureatı Mustafa Mehmandarovdur. Simfonik orkestrin musiqiçiləri tamaşada dirijorun idarəçiliyi ilə Pantomim Teatrının aktyorlarının arasına qarışaraq plastik düşüncələrin iştirakçısına çevrilirlər.
Əsərdə həm bəşəri, həm də əbədi problem olan insanlıq və iblis arasında bitməyən mübarizə yer alır.
“İblis” səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır. Faciə ilk dəfə 1920-ci ildə Sovet Azərbaycanının opera, teatr və səssiz kino aktyoru, kinorejissor Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulub və bu, Azərbaycanın teatr həyatı üçün böyük hadisə idi. Əsər ikinci dəfə 1983-cü ildə Hüseyn Cavidin 100 illik yubileyi münasibətilə SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı Mehdi Məmmədov tərəfindən səhnələşdirilib. 2024-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda “İblis”ə üçüncü dəfə səhnə həyatı verilib. Nəsimi festivalı üçün isə tamaşanın yeni təqdimatı hazırlanıb.
Sentyabrın 23-dən 25-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı və Şamaxıda keçiriləcək Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı digər özəl təqdimatlarla da yadda qalacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyə super liqası: "Kocaelispor" "Amedspor"a şans vermədi
Bugün, 00:50 İDMAN
-
"Real Madrid"də futbolçuların maaşı... - TAM SİYAHI
Bugün, 00:38 İDMAN
-
Rusiyalı akrobat səhnədə yıxıldı, 11 sümüyü qırıldı - Fantastik təzminat iddiası qaldırdı
Bugün, 00:27 MƏDƏNİYYƏT
-
ABŞ qonşu ölkəyə əlavə tarif tətbiq elədi, Vitse-prezident isə təhdid yağdırdı: "Biz olmasaq, sizi işğal edərlər"
Bugün, 00:20 GÜNDƏM
-
Avtoritet "zapravka"da belə vuruldu - FOTO
Bugün, 00:20 KRİMİNAL
-
Rusiya ordusu Odessaya zərbə endirdi
Bugün, 00:14 GÜNDƏM
-
İRANDAN ABŞ-a ƏKS-HÜCUM XƏBƏRDARLIĞI: "Əgər bizə hər hansı zərbə olarsa..."
Bugün, 00:09 GÜNDƏM
-
"Trabzonspor" Salahın keçmiş komanda yoldaşını da heyətə cəlb elədi - 2 illik müqavilə və...
Bugün, 00:06 İDMAN
-
Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb
24.08.2026, 23:20 SİYASƏT
-
Aygün Kazımova indi də belə gündəmə gəldi
24.08.2026, 22:32 ŞOU-BİZNES
-
Nərgiz Cəlilova yenidən efirə qayıdır
24.08.2026, 22:26 PRESS
-
Seymur Salahzadə Ukraynada saxlanılıb
24.08.2026, 20:22 KRİMİNAL
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
24.08.2026, 20:17 GÜNDƏM
-
Kenan Yıldız ağır zədə aldı - İki ay oynamayacaq
24.08.2026, 19:23 İDMAN
-
Mikayıl Cabbarov "Özbəkistan 24" telekanalına müsahibə verib
24.08.2026, 18:45 İQTİSADİYYAT
-
İXTİSAS SEÇİMİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI - Boş qalan yerlərə nə vaxt qəbul aparılacaq?
24.08.2026, 18:35 GÜNDƏM
-
Heydər Əliyev Fondunun vitse-prezienti Özbəkistan prezidentinin qızları ilə bir arada - FOTO
24.08.2026, 18:00 CƏMİYYƏT
-
APARAT RƏHBƏRİ DƏYİŞDİ - Komitədə yeni təyinatlar
24.08.2026, 17:55 GÜNDƏM
-
Elçibəyin qardaşı qızının evi əlindən alındı - DETALLAR
24.08.2026, 17:51 GÜNDƏM
-
Hikmət Hacıyev Ukraynanın III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edilib
24.08.2026, 17:46 GÜNDƏM
-
Elgizin yeni verilişi harada yayımlanacaq? - Açıqlama
24.08.2026, 17:31 PRESS
-
Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini izləyib
24.08.2026, 17:29 SİYASƏT
-
Mənsur Yavaş siyasətdən gedir: "Əgər şərtlər formalaşmazsa..."
24.08.2026, 17:14 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
24.08.2026, 17:00 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Buxara şəhərinə gedib - VİDEO (Yenilənib)
24.08.2026, 16:47 GÜNDƏM
-
Prezidentlər və birinci xanımlar Buxarada: İsmayıl Samani türbəsi ilə tanışlıq oldu (Yenilənib)
24.08.2026, 16:35 GÜNDƏM
-
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu keçirəcək
24.08.2026, 16:14 CƏMİYYƏT
-
ABŞ-da güclü meşə yanğını: 42 mindən çox insan təxliyə olunub
24.08.2026, 15:56 DÜNYA
-
Tokayev Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edib
24.08.2026, 15:44 DÜNYA
-
“TikTok” üçün video çəkən yeniyetməni “tok” vurdu - Bakıya vəfat etdii (Yenilənib)
24.08.2026, 15:30 CƏMİYYƏT
-
“Bakı Şəhər İşığı” çıraq alacaq - 1.6 milyonluq
24.08.2026, 15:16 İQTİSADİYYAT
-
Çempionlar Liqası: "Hapoel"in azarkeşləri "Sabah"la oyuna 460 bilet alıb
24.08.2026, 15:08 GÜNDƏM
-
Prezidentlərin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu
24.08.2026, 14:50 İQTİSADİYYAT
-
Günə 77 qəpiyə "Nar"dan smartfon!
24.08.2026, 14:25 İQTİSADİYYAT