Prezident Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlədi - FOTO
08-09-2025 [15:50]
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlənib.
Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Agentliyin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, Əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi üzrə həvalə olunmuş xidməti-döyüş tapşırıqlarını yerinə yetirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq borcunu xatırlatmaq üçündür.
Agentliyin Döyüş Bayrağı onun inzibati binasında (Agentlik rəisinin xidməti otağında) Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birlikdə "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq daimi yerləşdirilir, döyüş əməliyyatları zamanı isə döyüş meydanında olmalıdır.
Agentliyin adının dəyişdirilməsindən asılı olmayaraq, Döyüş Bayrağı Agentlikdə həmişəlik qalır. Agentliyin adının dəyişdirilməsi Döyüş Bayrağı ilə birlikdə verilən təqdimatda qeyd olunur.
Döyüş Bayrağı Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birlikdə rəsmi tədbirlərdə, "Zəfər Günü"ndə, matəm günləri və matəm mərasimlərində "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qaldırılır (asılır) və endirilir.
Agentliyin bütün şəxsi heyəti Döyüş Bayrağını qorumalı, onun kənar şəxslər tərəfindən ələ keçirilməsinə yol verməməlidir.
Döyüş Bayrağının qorunmasına Agentliyin rəisi və digər məsul şəxsləri cavabdehdirlər.
Dövlət başçısının Fərmanı ilə, həmçinin Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının təsviri də təsdiq edilib.
Agentliyin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir. Döyüş Bayrağının qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir, qıraqları üç tərəfindən qızılı rəngli ipək saçaqlarla köbələnmiş ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanır.
Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipək sapdan 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilir. Qumaşın üst mavi zolağında qızılı rəngli ipək sapla "AZƏRBAYCAN UĞRUNDA!" şüarı tikilir. Hərflərin eni 95 sm, hündürlüyü 7 sm-dir.
Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ipəkdən tikilmiş emblemi (diametri 48 sm) yerləşdirilir. Qumaşın üst mavi zolağında qızılı rəngli ipək sapla "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi" sözləri tikilir. Hərflərin eni 125 sm, hündürlüyü 16 sm-dir.
Döyüş Bayrağının dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 250 sm olan girdə ağacdandır. Dəstək tünd qızılı boya ilə rənglənir və laklanır. Aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikellənmiş aypara və ulduz şəklində fiqurlu ucluq vardır.
Döyüş Bayrağının qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotazları vardır. Qaytanın uzunluğu 270−285 sm-dir.
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib