“Fənərbağça”nın keçmiş futbolçusu: "Mourinyo bizim üçün ata kimi idi"

img

05-09-2025 [18:18]


"Fənərbağça”dan "Birmingem"ə keçən futbolçusu Bright Osayi-Samuel sabiq klubunun istefaya göndərilən baş məşqçisi Joze Mourinyo haqqında açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Birmingem"in yüksələn bir komanda olduğunu və hədəflərinin Premyer Liqaya yüksəlmək olduğunu vurğualayn futbolçu Mourinyo ilə xatirlərii bölüşüb.

O, Mourinyonun çətin bir məşqçi olduğunu etiraf etməklə yanaşı, onu mükəmməl insan kimi xarakterizə edib: "Mourinyo ilə gözəl vaxt keçirdim. O, çətin bir məşqçi ola bilər, amma o, bizim üçün ata kimi idi. O, bizə həmişə komandaları haqqında gözəl hekayələr danışardı. Möhtəşəm adamdır".

Zülfiyyə 
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA