Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?

img

23-01-2026 [00:24]


Əsəd rejiminin 2024-də devrilməsindən sonra bu gün Rusiyanın ilk hərbi təyyarəsi Suriyaya eniş edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hərbi təyyarəsi Rusiya qüvvələrinin əsas bazalarından biri olan Qamışlı hava limanına enib.

 Rusiya təyyarəsinin gəlişinin məqsədi məlum olmasa da, ortaya bir neçə ehtimal çıxıb.

Məlumatda bölgədə kürd silahlılarının artıq böyük ölçüdə sıxışdırılmasından sonra Rusiya qüvvələrinin Suriyadan təxliyə olunma ehtimalını qabardanlar da var: "Lakin böyük çoxluq Putinin əsasən kürd silahlılarının olduğu Qamışlı hava limanında möhkəmlənməklə buradakı mövcudluğunu gücləndirmək məqsədi güddüyünü deyir. Moskva isə hələki bu məsələyə münasibət bildirməyib".

Məlumatda o da deyilir ki, bu qəfil gedişlə Rusiya bölgədə güncə sıxışdırılmış kürd silahlı dəstələrinin birləşdiyi Suriya Demokratik Qüvvələrinə dəstək də verə bilər: "Düzdür, Qamışlı çox strateji bölgə olsa da, burada yalnız hava limanı birbaşa Rusiyanın nəzarətindədr. Lakin bəziləri burada təxminən 200 Rusiya hərbçisinin olmasını əsas gətirib, gücsüz olduqlaırnı iddia edir. Hər halda  Qamışlıda Pantsir-S1 kimi qabaqcıl hava hücumundan müdafiə sistemləri, radar bölmələri, Mi-8 və Mi-35 hücum helikopterləri və sair müasir silahların olduğunu unutmamalıyıq..."

Xəbərdə Suriya hökuməti ilə kürd silahlıları arasındakı 4 günlük atəşkəs anlaşmasının bitməsinə bir gün qalmış Rusiya hərbi təyyarəsinin güc nümayişinə bənzər formada Qamışlıya enməsi heç bir halda təsadüf sayılmayıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA