ABŞ Kuba ilə bağlı müdhiş plan hazırlayıb - "Ölkə rəhbərliyi ilin sonuna qədər dəyişəcək"

img

22-01-2026 [15:55]


ABŞ Kuba ilə bağlı müdhiş plan hazırlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı iddianı məşhur "Wall Street Journal" yazıb.

Jurnala anonim müsahibə verən ABŞ rəsmilərinin sözlərinə görə, Donald Tramp administrasiyası 2026-cı ilin sonuna qədər Kubada hökumət dəyişikliyinin yolunu açacaq planı işə salıb: "Planda Kuba hakimiyyəti daxlində bəzi şəxslərin ələ alınmasına qədər detallar yer alıb...".

Rəsmilər bildiriblər ki, Tramp administrasiyası prosesi sürətləndirmək üçün çökmək ərəfəsində olan Kuba iqtisadiyyatını daha da "boğmağa" çalışacaq: "Bu sırada  Kubanın enerji ehtiyaclarını ödəyən neft tədarüküna qarşı da sanksiyalar sərtləşəcək".

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 11 yanvardan etibarən Venesueladan Kubaya neft tədarükünü qadağan edib: "Kubaya heç bir neft və ya pul getməyəcək!"

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA