"Trampın əlini qana bulamaq istəyirlər" - Savaş astanasında olan ölkə prezident elə iddialar səsləndirdi ki...
03-09-2025 [09:58]
ABŞ-ın "narkotik kartelləri ilə mübarizə" bəhanəsi ilə Venesuela sahillərinə hərbi gəmilər göndərməsi ilə bağlı Venesuela prezidenti Maduro, sensasion açıqlamalar verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, paytaxt Karakasda tələbələrlə görüşdə ölkəsinə təcavüz ehtimalını yüksək sayıb.
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın ölkəsinə potensial hərbi müdaxiləyə ahzırlıq gördüyünü gizlətməyib: "Onlar Trampın əllərini qana boyamaq istəyirlər, mən isə buradan Tramp ailəsinə müraciət edirəm: onlar Trampın əllərini qana bulamaq istəyirlər. Ağ Evi kimin idarə etdiyini soruşsanız, bu ABŞ dövlət katibi Marko Rubiodur, bu, Mayami mafiyasıdır"
Maduro ABŞ-ın əsl niyyətini bildiklərini deyib və ölkənin sərvətni ələ keçirməyə can atıldığını bildirib: "Niyə gəldiklərini bilirsiniz. Onlar Venesuela neftini pulsuz almaq və ölkənin əsas qaz ehtiyatlarına nəzarət etmək istəyirlər. Amma buradan paytaxt Karakasın küçələrindən, oxuduğum universitetdən sizə - ABŞ-a səslənirəm: ölkəmdə sülh, suverenlik və müstəqillik daimi olacaq. Venesuelanın sərvəti xalqa aiddir. Onlar bizim sərvətə sahiblənmək üçün hər dəfə nağıl uydururlar, biz onların əsl niyyətlərini bilirik. O neft ehtiyatları Maduroya aid deyil, qrinqolara (ABŞ) da aid deyil. O neft uşaqlara, gənclərə və bütün Venesuela xalqına məxsusdur. Mən buradan amerikalı gənclərə səslənirəm: ölkənizin büdcəsi savaşa, işğala, raketlər atmağa və xalqlara bomba yağdırmağa xərclənir. Sizin lkəniz bizim ətrafımıza nüvə sualtı qayıqları, hərbi gəmilər göndərir, azı 1500 raket hədəfləri var...".
Xatırladaq ki, ABŞ prezidenti Tramp daha əvvəl bir fərmanla Latın Amerikası narkotik kartelləri ilə mübarizə aparacağını iddia edərək, Maduronu mafiya lideri elan edib. Hətta onun həbsi üçün mühüm məlumat verən şxsə 50 milyon dollarlıq mükafat sözü verilib.
Bundan sonra ABŞ Venesuela ətrafına hərbi və sualtı qayıqlar göndərib. Dünən isə ABŞ lideri Tramp Venesuela dəniz sularında 11 cinayətkar dəstənin məhv edildiyini açıqlayıb.
Firudin Səfərli
MİA.AZ
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib