Səbuhi Rəhimli: "Tez-tez “3 bürc milyonçu olacaq” kimi xəbərərə inanmayıb, yalan proqnozlar yazırlar"

img

02-09-2025 [10:51]


“Zirəddin Rzayev bürc proqnozu vermir və astrologiya ilə məşğul olmur”. 

Mia.az
xəbər evrir ki, bu sözləri astroloq Səbuhi Rəhimli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O, Zirəddin Rzayevlə 20 ilə yaxındır dost olduqlarını bildirib: “Onun mənim “YouTube” kanalımda da kifayət qədər çıxışları olub. Zirəddin bürc proqnozu vermədiyini və astrologiya ilə məşğul olmadığını açıqlayıb. Lakin bəzi media subyektləri baxış yığmaq üçün bəzən ağıllarına gələnləri bürc proqnozu kimi yazırlar, yanına da Zirəddin Rzayevin şəklini qoyurlar. Hərçənd ki, onun həmin proqnozlarla qəti əlaqəsi yoxdur. Məsələn, tez-tez “3 bürc milyonçu olacaq” kimi yalan proqnozlar yazırlar. Hərçənd ki, hansısa bürcə görə milyonçu olmaq mümkün deyil”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA