10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO

img

17-01-2026 [14:58]


Ötən ay baş verən yol-nəqliyyat hadisəsi zamanı başından xəsarət alan 10 yaşlı Sərxanı təcili xəstəxanayana çatdıran şəxsin kimliyi müəyyənləşib.

Məlumata görə, həmin şəxs polis polkovniki Müşfiq Gözəlovdur.

Müşfiq Gözəlov Şuşanın mərhum icra başçısı Mikayıl Gözəlovun oğludur.

Qeyd edək ki, dekabrın 25-də Bakının mərkəzi küçələrindən birində yol nəqliyyat hadisəsi baş verib. Bu zaman piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb. Hadisə zamanı qəza iştirakçılarının diqqəti yeniyetməyə yox, öz avtomobillərinə yönəltməsi müzakirələrə səbəb olmuşdu. Qəzada xəsarət alan yeniyetmə artıq xəstəxanadan evə buraxılıb(teleqraf).

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA