Bakıda zəlzələ oldu (Yenilənib)

img

27-08-2025 [00:35]


Bu dəqiqələrdə (saat 00.34) Bakıda zəlzələ olub.

Mia.az xəbər verir ki, zəlzələ kifayət qədər güclü hiss edilib.

Hətta Səbail rayonunda yerləşən "Jurnalistləri  Binası" da silkələnib.

Xəbər yenilənəcək.

***

Xəzər dənizinin Rusiya tərəfində, o cümlədən Mahaçqalada bu dəqiqələrdə 5.5, Dərbənddə isə 6 bal gücündə zəlzələ baş verib.

Mia.az xəbər verir ki, məlumatı Rusiya mediası yerli qurumlara istinadla yazıb.

Azərbaycanın rəsmi qurumlarından isə hələ ki heç bir açıqlama yoxdur. 

***

Respublika Seysmoloji Xidmət Mərkəzindən Mia.az-a bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 3-4 bala qədər hiss olunub.

Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Xınalıq, Qusar, Siyəzən, Xudat, Şabran, Xaçmaz, Xızı, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub.

F.Əhməd

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR