HANSI QRUPDA NƏ QƏDƏR BOŞ YER QALIB? - DİM həmin yerlərə bu tarixdə qəbul aparacaq (SİYAHI)
26-08-2025 [18:04]
Avqustun 28-dən sentyabrın 2-dək ali məktəblərdə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.
Mia.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Məlumata görə, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1549 (RK üzrə 1255, Rİ üzrə 294) plan yeri boş qalıb. Boş qalan plan yerlərinin müsabiqəsinə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. RK altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 4 nəfərdir. Rİ altqrupu üzrə müvafiq say 38-dir. RK altqrupunda ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı 599 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər yalnız Şərabçılıq (tədris ingilis dilində) ixtisasını seçə bilərlər (ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayanlar). Digər ixtisaslar üzrə boş yerlər qalmayıb.
II ixtisas qrupu üzrə 278 plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Bu şərti ödəyərək müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 18 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb.
III ixtisas qrupu üzrə 30 (hamısı DT altqrupu üzrə) plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. DT altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 3249 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yerləri qalmayıb.
IV ixtisas qrupu üzrə 218 plan yeri boş qalıb. Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 233 nəfərdir. Ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı isə 291 nəfərdir. Bu abituriyentlər yalnız Bağçılıq və tərəvəzçilik, Su bioehtiyatları və akvakultura ixtisaslarını seçə bilərlər (rus bölməsi üzrə yalnız “Садоводство и овощеводство”).
V ixtisas qrupu üzrə 144 plan yeri boş qalıb. Lakin bir daha abituriyentlərin diqqətinə çatdırırıq ki, boş qalan plan yerlərinin seçimində xüsusi qabiliyyət tələb edən ixtisaslar (müvafiq komissiyalar) üzrə müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı avqustun 27-si gün ərzində “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib