29-08-2014 [19:13]
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkənin inkişafını gözü götürməyən qüvvələr haqda danışıb:
"Bundan əvvəlki dövrlərdə də olub, olacaq da. Radikal qüvvələr deyərdim ki, radikal yox, emənilərə işləyən qüvvələrdir. Və ermənilərin dəyirmanına su tökən qüvvələr var. Bu gün Azərbaycanda misli görünməmiş dərəcədə inkişaf gedir. Avropadakı inkişafla Azərbaycandakı inkişafı müqayisə edəndə görürük ki, ölkəmizdə qat-qat Avropanın, Qərbin ən böyük dövlətlərində gedən inkişafdan bizim inkişaf daha üstündür. Əlbəttə ki, bunu həm dünyada gözü götürməyən qüvvələr var, həm də daxildə. Daxildəki qüvvələr xaricdə olan qüvvələrə həmişə pas veribdir. Azərbaycanda radikal müxalifət tarix boyu xarici qüvvələrə işləyib. Bizim hakimiyyətimiz dövründən xalq cəbhəsinin bünövrəsini qoyan dövrdən Azərbaycana Elçibəy hakimiyyətinin devrilməsindən tutmuş, bu günə qədər həmin qüvvələr respublikamızda mövcuddur. Bu gün də onlar Azərbaycanın əksinə çox güclü şəkildə müxtəlif kampaniyalar aparırlar.
Mən bu yaxınlarda Avropa dövlətlərinin birində idim. Azərbaycan haqqında, Azərbaycanın radikal, satqın qüvvələri o qədər danoslar yazıb göndərirlər ki, adam düşünür ki, görəsən, millətə bunların aidiyyəti varmı? Bunları mən özüm görmüşəm. Bunlara qarşı ciddi mübarizə aparırıq. Təbii ki, Azərbaycan bu gün elə bir mərhələdədir ki, o inkişafın pik həddinə çatıbdır. Bu isə ölkə prezidentinin tək fəaliyyəti və şəxsən xanımının tək fəaliyyəti nəticəsində baş verən proseslərdir. Bir-iki nazir də çox yaxından kömək etməklə qalanları istisna olmaq şərtilə. Amma bu gün Azərbaycanda radikal qüvvələr istəmirlər ki, ölkəmiz bu cür inkişaf etsin. Ölkəmizdə əmin-amanlıq olsun.
Azərbaycan dünya dövlətləri arasında öz sözünü deyib. Və bundan sonra da deyəcək. Bunlara nə lazımdır? Bunların məqsədi aranı qarışdırmaq, hakimiyyətə gəlmək, pozuculuq fəaliyyəti göstərməkdir. Bunlar da bilməlidirlər ki, nə qədər Azərbaycanda Müasir Müsavat Partiyası var, onun başqanı Hafiz Hacıyev var, heç vaxt Azərbaycanda heç hakimiyyətin kənarına zidd müdirin gəlməsinə də imkan verməyəcəyik. Bunların hamısı birmənalı şəkildə bilinməlidir və bilirlər də. Sadəcə olaraq, bunlar yenə öz inadlarından qalmırlar. Axı bunlar da fəaliyyət göstərməslər, Avropadakı ermənilərin güclü diasporalarından pul ala bilməzlər. Qərbin müəyyən kəşfiyyat orqanları var ki, onlarla əlbirdirlər. Onlardan pul ala bilməzlər. Bunların hamısı faktdır. Cəmil Həsənlinin nə ixtiyarı var ki, onun qızını boşasınlar. Qızı erməniyə gedib. Qızının qaynatası Avropa banklarının birində çox böyük bir vəzifədədir. Ermənidir və erməni diasporasına külli miqdarda yardım edən bir insandır. Onun da oğlu, Cəmil Həsənlinin kürəkənidir. O hər halda nəvələrini buraxıb gəlib Azərbaycanın xeyrinə işləməz. Və yaxud da, Kərimov Əlinin arvadı Samara getdi Londonda uşaq dünyaya gətirdi. Orada vətəndaşlıq aldı. Xarici dövlətlərin, Azərbaycanı istəməyən kəşfiyyat qüvvələrinin əlindədir. Bu araşdırılmalı mövzudur. Amma burada bunların hamısı yenə xarici dövlətlər nə sifariş verirsə onu oxuyurlar. İsa Qəmbərin partiyası dağıldı. Nə qədər adamlar bizim partiyaya keçdi. Biz istəmirik ki, indi onların adlarını indidən çəkək. Onların İsa Qəmbər haqqında bildiklərinin hamısını deməsi xalqa kifayət edəcək.
Məsələn, bunların gedib Tiflisdə erməni diasporasının böyükləri Manukunyanla görüşməsi fakt deyilmi?
Leyla Yunus kimi erməniyə dünyada nobel mükafatının verilməsini dəstəkləyirlər. Görün bunlar nə qədər məntiqsiz, nə qədər şəxsiyyətsiz, nə qədər simalarını itirmiş insanlardır. Bununla da, hakimiyyətə gəlmək istəyirlər. Azərbaycan xalqına düşmən kəsilən qüvvələrin hamısı bu gün öz daxilimizdədir. Özü də, pozuculuqla çox ciddi məşğul olurlar. Sentyabr, oktyabr, noyabr aylarında isə vəziyyəti daha da gərginləşdirməkdən ötəri bütün variantları işə salırlar. Buna da kömək edənlər kimdir?
Azərbaycan dövlətinin çörəyini yeyib, müxalifətin radikal qüvvələrinə maliyyə yardımı göstərən bəzi məmurlardır. Biz bunların adlarını açıqlayacağıq. Bugünkü bəzi kütləvi informasiya vasitələrində də gedib.
Bu cür insanlara biz imkan vermərik ki, Azərbaycanın inkişafının, çiçəklənməsinin qarşısını alsınlar və Azərbaycanda hər şeyə qara yaxsınlar. Bunlar deyir, biz də deyirik. Amma hər halda biz qalib gəlirik. Ona görə də, qarşıdan parlament və bələdiyyə seçkiləri gəlir. Burada çox ayıq və ehtiyatlı olmalıyıq ki, Azərbaycanı qarışdırmaq istəyən dünyada uduzmuş erməni diasporasının əli ilə Azərbaycanda Qəmbərov İsalar, Kərimov Əlilər, Cəmil Həsənlilər, okeanın o tayında oturmuş Rəsullar və digərləri Azərbaycanda belə bir qarşıdurma yarada bilməsinlər. Bunu tam unutsunlar. Getsinlər ermənilərdən, kəşfiyyata işləyirlər onlardan nə alırlarsa, alsınlar getsinlər elə onlarla işləsinlər. Amma biz imkan verməyəcəyik ki, ölkəmizdə hakimiyyətə belə bir separatçı qüvvələr gəlsin. Respublikamızın sərvətlərini, ərazi bütövülüyünü satsınlar. Biz buna imkan verməyəcəyik.
Ona görə də, təbii xarici qüvvələr də bizə təsir edir, o qüvvələr də hansı ki, Azərbaycanı gözü götürməyən qüvvələrdir.
Mən əminəm ki, Azərbaycanın prezidenti çox güclü şəkildə bu işlərdə öz əqidəsini, öz səyini göstərir. Əminəm ki, bundan sonra da, davam edəcək. Hər halda onun da arxasında duran bizi kimi çox güclü və hər şeyə qadir olan bir qüvvə dayanıb. Prezident seçkilərində hansı münasibəti sərgiləmişiksə, biz bundan sonra da, dövlətçiliyimizə, millətimizə, vətənimizə qarşı bu cür münasibət sərgiləyəcəyik.
Ona görə də, narahatçılığa əsas yoxdur. Nə olursa, hamısı nəzarətimizdədir. Lazımi anda sizlər kimi millət sevən qüvvələrin, jurnalistlərin, mətbuat işçilərinin əli ilə Azərbaycan xalqına hər şeyi çatdırıb və onun qarşısının alınmasından ötrü var gücündən isitfadə edək".
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO