Ləman Məmmədova rəis təyin olunub

img

25-08-2025 [16:49]


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Qiymətqoyma Mərkəzinin rəisi Aleksey Şahhüseynov vəzifəsindən azad edilib.

Ma.az "Qaynarifo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Aleksey Teymuroviç Şahhüseynov vəzifəsindən azad edilib. Onun yerinə Ləman Aydın qızı Məmmədova təyin olunub.

Qeyd edək ki, Aleksey Şahhüseynov ötən ilin yanvar ayında sözügedən vəzifəyə təyin olunmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA