Türkiyə Ukraynaya hərbçi göndərəcək? - Kiyevə təhlükəsizlik zəmanətində Ankaranın rolu (TƏHLİL)
25-08-2025 [15:14]
Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlalov Türkiyənin bu ölkəyə hərbi kontingent göndərməyi nəzərdən keçirdiyini açıqlayıb. Diplomat əlavə edib ki, məsələ Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə müzakirə olunub.
N.Cəlalovun bu açıqlaması kifayət qədər diqqət çəkir.
Türkiyənin regional və beynəlxalq təhlükəsizlik məsələlərində artan rolunu hər kəsə bəllidir. Prezident Rəcəb Tayyib Ərdoğanın son vaxtlar həm Rusiya, həm Ukrayna, həm də Fransa kimi Avropanın əsas oyunçuları ilə intensiv təmasda olması isə bu məsələni təkcə Ukrayna–Türkiyə münasibətləri çərçivəsində deyil, daha geniş beynəlxalq siyasi kontekstdə qiymətləndirməyə imkan verir.
Əslində, belə bir addım Türkiyə üçün tamamilə məntiqli və zaman baxımından uyğun görünür. ABŞ və Rusiya arasında davam edən danışıqlarda təhlükəsizlik məsələsi açar rola malikdir. Rusiya konkret şəkildə Qərbdən, xüsusilə də ABŞ-dan Ukrayna ərazisində NATO və ya Qərb hərbçilərinin yerləşdirilməyəcəyinə dair təminat istəyir. ABŞ isə bu məsələdə birbaşa geri addım atmadan alternativ həll yolları üzərində düşünür. Məhz bu alternativlərdən biri kimi Türkiyənin hərbi kontingent formatında prosesə daxil olması mümkündür. Çünki Ankara Qərblə strateji ittifaqda olan, eyni zamanda Moskva ilə birbaşa konfrontasiyaya getməyən nadir ölkələrdən biridir. Türkiyəsayağı balans siyasəti ona faktiki olaraq öz təsir dairəsini genişləndirmək imkanı verir.
Türkiyə bu gün sadəcə NATO-nun ikinci ən böyük ordusuna malik ölkə deyil. O, real döyüş və əməliyyat təcrübəsinə sahib, hərbi və diplomatik sahələrdə çevik strategiyalar qura bilən bir gücə çevrilib. Türkiyənin xarici ölkələrdəki hərbi varlığı, o cümlədən sülhməramlı missiyaları bu günə qədər uğurlu nəticələrlə yadda qalıb. Məsələn, Qarabağda Rusiya ilə birgə fəaliyyət göstərdiyi Birgə Monitorinq Mərkəzi regional təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Hətta Bakının sonrakı mərhələdə ərazi bütövlüyünü tam bərpa etməsində Ankaranın rolu əvəzsiz oldu. Suriya və Liviyadakı uğurlu hərbi əməliyyatlar və sonrasında Ankaranın yaratdığı təhlükəsizlik mühiti də bu baxımdan qeyd olunmalıdır.
Türkiyə xüsusilə Liviyada BMT-nin tanıdığı hökumətə dəstək verərək, Qərbin maraqları ilə kəsişən, eyni zamanda öz təsir zonalarını genişləndirən bir xətt izlədi. Bütün bu təcrübələr Türkiyənin Ukrayna məsələsində də real oyunçu kimi qəbul olunmasına şərait yaradır.
Moskva bu kimi addımları, şübhəsiz ki, öz təsir dairəsinə müdaxilə kimi qiymətləndirəcək. Lakin bu reaksiya Ankaranı çəkindirmək əvəzinə, vasitəçi və tənzimləyici rolunu daha da önə çıxaracaq. Çünki Türkiyə artıq neçə illərdir ki, həm Rusiya ilə qarşı-qarşıya gəlmədən münasibət qurmağı, həm də Qərblə eyni dəyərlər sistemində işləməyi bacaran nadir dövlətlərdən biridir.
Bu siyasi və hərbi baxışla yanaşı, məsələnin daha dərin, tarixi və simvolik tərəfi də mövcuddur. Vaxtilə Vyana qapılarında dayanan türk ordusu bu gün yenidən Avropaya doğru hərəkət edir, amma bu dəfə məqsəd fərqlidir. İndi niyyət genişlənmək deyil, sabitlik yaratmaq, müharibəni nəzarətdə saxlamaq, riskləri minimuma endirməkdir. Avropa da bu fərqi anlayır və qəbul edir.
Turan Rzayev
MİA.AZ
Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
QHT əməkdaşı Ağdərədə minaya düşüb
Xaçmazın Qaraqurdlu kəndində qatar adam vurub
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub