29-08-2014 [18:04]
"Kaybolan Yıllar" serialından tanıdığımız məşhur aktyor Saruhan Hünelin Aktual.az-a verdiyi müsahibəni təqdim edirik:
- Saruhan bəy, doğrudur, Azərbaycanda geniş kütlə Sizi "Oğurlanmış arzular” serialı ilə tanıdı. Lakin daha öncədən Sizi ölkəmizdə "Kayb olan yıllar” dizisi ilə tanımışdıq. Bildiyim qədər, bu serial sizi Mərkəzi Asiyada məşhurlaşdırıb. "Kayb olan yıllar”ın həyatınıza başqa hansı müsbət təsirləri oldu?
- Dediklərinizin fərqindəyəm. "Kaybolan yıllar”, doğrudan da, mənim üçün çox özəl bir film layihəsi idi. Aktyor olaraq, ölkəmdə tanınır və sevilirdim. Dolayısı ilə, filmin, həyatımda o baxımdan böyük bir təsir qüvvəsi olmadı. Lakin, Sizin də qeyd etdiyiniz kimi, sevilən serial olduğu üçün bütün Ərəbistan yarımadasında, Balkanlarda və Türkiyə Cümhuriyyətində geniş ajiortaj yaratdı. Bu layihə mənim meqa-məşhurluğuma vəsilə oldu. Təbii ki, yaradıcı adam üçün bundan gözəl nə ola bilər axı? Geniş heyranlar ordusu ilə tanış olmaq şansı qazandım.
- Demək ki, sadaladığınız ölkələrdə, kifayət qədər sevilirsiniz və tanınırsınız. Bu, Sizin ölkə xaricində kino layihəsi üçün iştirakınıza zəmin yaradır. Artıq zamanı gəlmədimi?
- Zamanı gəldi. Və biz o qərara məmnunluqla "hə” dedik. Qismətdən artığını yaşamaq insan övladının əlində deyil. Mərkəzi Asiyada bir filmə start verməyə hazırlaşırdıq. Müharibədən mən də nəsibimi aldım. Savaş başladığı üçün layihəmiz yarımçıq qaldı. Məni sevənlər, hazırda Türkiyədə də maraqla qarşılanan"Araf zamanı” adlı serialı izləməklə kifayətlənirlər. Sözügedən dizi Dubayın "MBC4” kanalında yayımlanır.
- Türkiyədə "maço erkek” xarakterləri sırasındasınız. Tərzinizdən kənar bir rola təklif aldınızmı? Və ya elə bir təklif alsaydınız, necə reaksiya verərdiniz?
- Düşünürəm ki, sevənlərim məni həmişə güclü və Sizin qeyd etdiyiniz kimi, "maço” xarakterimlə sevdilər. Yox, başqa tip obrazlara, qətiyyən, təklif almadım. Bilmirəm, oynayarammı? Elə bir təklif gəlsə, yəqin ki, dəyərləndirməyə çalışaram.
- Azərbaycandakı film layihənizlə bağlı bizə məlumat verin. Bu dəfə, kim olaraq, yerli telekanalımızda görünəcəksiniz?
- Rejissor və "Space” kanalının prezidenti Vaqif Musatafayevin dəvəti ilə gəlmişəm. Azərbaycanın ulu öndəri Heydər Əliyevlə bağlı filmə çəkilirəm. Bu filmdə sayın Heydər Əliyevin qayınatası Əziz Əliyevin obrazını canlandırıram. Geniş informasiya verə bilməyəcəyəm. Amma, düşünürəm ki, maraqlı bir iş olacaq.
- Çox danışmağı, göz önündə olmağı sevmirsiniz. Halbuki geniş auditoriya üçün çalışırsınız. Hətta, tətil üçün də xarici ölkələri seçirsiniz…
- Mediatik olmağı və şəxsi həyatımı göz önündə yaşamağı sevmirəm. Daha gizli və özəl yaşamağı sevirəm. Xarici ölkələrdə özümü daha rahat və azad hiss edirəm. Ölkəmdə olduğum zaman da maqazinçilərin olmadığı, əllərində fotoaparat tutan müxbirlərin sıraya düzülmədiyi məkanlara getməyə üstünlük verirəm. Bu, xarakter məsələsidir.
- Son zamanlar bütün dünya ulduzları sosial mediadan çağırış edir, heyranları ilə görüşür. Sizin xarakteriniz sosial şəbəkəyə meyil etməyinizə mane olurmu? Vurtual aləmlə aranız necədir?
- " Twitter” və "İnstagram” sevənlərimlə rabitədə olmağımıza xidmət edir. Lakin burada da geniş aktivlik nümayiş etdirmirəm. Etiraf edə bilərəm. Vaxtım olanda cavab yazıram. Azərbaycanlı sevənlərimə isə sosial şəbəkələrdən yox, elə Aktual.az vasitəsi ilə sevgilərimi çatdırıram.
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə