"Bolonya" Conata Rou heyətinə qatıb

img

25-08-2025 [11:39]


İtaliyanın "Bolonya" klubu Fransanın "Olimpik Marsel" klubundan Conatan Rounu transfer edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Bolonya" klubu 22 yaşlı cinah hücumçusu ilə iki illik müqavilə imzalayıb.

İtaliya təmsilçisi bu transferə görə "Olimpik Marsel"ə 19.5 milyon avro ödəyib.

Xatırladaq ki, gənc futbolçu "Marsel"də 31 oyun keçirib və 3 qol vurub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA