SOCAR-ın yeni rəhbərliyindən Rövnəq Abdullayevə daha bir zərbə - Ailə üzvünə məxsus bank niyə çökdürülür?
21-08-2025 [10:12]
""Socar Petroleum"QSC partnyor bankını dəyişib. Sözügedən QSC-nin yanacaqdoldurma məntəqələrində (YDM) "RabitəBank"ın POS terminalları ləğv edilib.
Mia.az Kommersant.az-a istiandla xəbər verir ki, bu barədə QSC-dən məlumat verilib.
Bildirilib ki, ölkə daxilində 45 YDM-i olan SOCAR əvvəllər "RabitəBank"ın POS terminallarından istifadə edib. Lakin az əvvəl bu terminallar "Pasha Bank" və "Kapital Bank"-ın POSları ilə əvəzlənib.
Xəbərdə o da İddia olunur ki, "RabitəBank" nəhəng şirkətin ödəniş dövriyəsindən məhrum olunduğundan POS əməliyyatlarındakı bazar payında geriləyəcək.
Mia.az onu da xatırladır ki, az əvvəl bəzi hüquqi şəxslər tərəfindən “Rabitəbank” ASC-yə yerləşdirilən depozitlərin geri çəkilməsi barədə də dövü mətbuatda məlumat yayılmışdı.
Məsələn, həmin vaxtı Yeniavaz.com yazmışdı ki, 2024-cü ilin ilk yarısı ilə müqayisədə 2025-ci ilin ilk yarısında hüquqi şəxslərin “Rabitəbank”dakı depozitləri 11,7% və ya 25,3 milyon manat azalıb.
Məlumata əsasən, hüquqi şəxslərin depozitləri ilə yanaşı, “Rabitəbank”ın xalis mənfəəti də kəskin azalıb. Belə ki, ötən ilin ilk yarısının yekununda 10,6 milyon manat xalis mənfəəti olan bank, bu ilin ilk yarısında 6,8 milyon manat xalis mənfəət əldə edib.
Onu da qeyd edək ki, “Rabitəbank”ın problemli kreditlərində də artım müşahidə olunub. Ötən ilin ikinci rübünün yekununda bankın ümumi kredit portfelində vaxtında qaytarılmayan kreditlərin – problemli kreditlərin xüsusi çəkisi 3,6% (27,3 milyon manat) təşkil etdiyi halda, bu ilin ikinci rübündə bu göstərici 4%-ə (36 milyon manat) yüksəlib. Bu göstərici ölkə üzrə qeydə alınan orta göstəricidən dəfələrlə yüksəkdir. Mərkəzi Bankın 2025-ci ilin iyun ayının əvvəlinə olan məlumatına əsasən, bank sektorunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 1,7% təşkil edib.
Məlumat üçün onu bildirək ki, “Rabitəbank” ASC-nin səhmlərinin 40,6%-i Rauf Əliyevə, 34,64%-i Validə Abbasovaya, 14,44%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 1,07%-i Aslan Xasıyevə, 0,14%-i isə digər səhmdarlara məxsusdur.
Xatırladaq ki, bankın əsas səhmdarı olan Rauf Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevin qızının əridir.
Mia.az xəbər verir ki, adıçəkilən bankın məhz Rövnəq Abdullayev SOCAR prezidenti vəzifəsindən azad olunmasından sonra "qara gün"ü başlayıb.
İddiya əsasən, R.Abdulayevin SOCAR-dan uzaqlaşdırılmasından sonra sözügedən bankn tədricən çökdürülmə prosesinə start verilib.
Elə SOCAR-ın yeni rəhbərliyinin "Rabitəbank"ın "zapravka"lardakı "POS terminalları"nı ləğv etməsini də bu kontekstdən izah etmək məntiqli görünür.
Yeri gəlmişkən, SOCAR bu yaxınlarda "Azərtürkbank"ı satın alıb, hətta SOCAR-ın iki-vitse-prezidenti bu bankın Müşahidə Şurasının üzvləri təyin olunublar. Bununla yanaşı, həmin bankın həm kadr, həm struktur, həm də vəsait cəlbində ciddi dəyişikliklər yaşanıb.
Elə isə ortaya belə bir haqlı sual da çıxır: "RabitəBank"ın POS terminallarını ləğv edən SOCAR-ın rəhbərliyi niyə öz bankını qoyub özgə bankların - "Pasha Bank" və "Kapital Bank"-ın xidmətinə ehtiyac duyub?
Mpvzuya qayıdacağıq.
Samir Musayev
mia.az
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib