Milyarder Qod Nisanovun övladının toyuna Azərbaycandan kimlər qatılıb?

img

20-08-2025 [12:24]


Xəbər verdiyimiz kimi, yəhudi əsilli azərbaycanlı iş adamı Qod Nisanov Moskvada oğluna toy edib.

Azərbaycanla Rusiya arasındakı qarşıdurma dövrünə təsadüf edən toyda gözlənildiyi kimi yüksək vəzifəli şəxslər iştirak etməyib.

Baxmayaraq ki, Qod Nisanovun Azərbaycanın bir neçə naziri və vəzifəli şəxsləri ilə dostluq münasibətləri olub.

Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, toya azərbaycanlı məşhurlarından yalnız iş adamı İlham Rəhimov qatılıb.

Bundan başqa, DİN-nin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəisi, general-mayor Novruz Novruzov da toya gedənlər arasında olub.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA