Müsavatdan YAP-a dəvət

img

29-08-2014 [14:34]


Müsavat Partiyasının qurultayında iştirak üçün Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri də dəvət oluna bilər.

MIA xəbər verir ki, partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AzNews.az-a bildirib ki, təmsil etdiyi təşkilatın gələn ayın 27-də nəzərdə tutulan qurultayına Azərbaycanda olan bütün siyasi partiyaları dəvət etmək niyyəti var: "Eyni zamanda qurultaya xarici ölkələrin Müsavat Partiyası ilə müttəfiq olan siyasi partiyaları və təşkilatları da dəvət etmək niyyətindəyik”.

A.Hacılı vurğulayıb ki, YAP nümayəndələrinin Partiyanın qurultayına dəvət olunması da müzakirə mövzusudur: "Hələlik Qurultaya dəvət edəcəyimiz siyasi partiyaların adlarını açıqlamaq istəməzdim”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA