Gəncədə dəhşət: 15 yaşlı uşaq öz yaşıdını öldürdü (Yenilənib)

img

19-08-2025 [22:42]


Gəncədə 15 yaşlı oğlan öldürülüb.

Hadisə şəhərin Dəmiryol Vağzalı yaxınlığında qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Tunar Məmmədov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb(Repor).

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü A.Hətəmov polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA