Paşinyan xalqa səsləndi, Qarabağdakı köçən ermənlərin dönüşünə "qırmızı işıq" yandırdı: "Azərbaycanla iki mühüm sənəd imzaladıq, birincisi..." (YENİLƏNİB)
18-08-2025 [19:08]
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də Azərbaycanla sülh müqaviləsinin paraflanmasını dönüş nöqtəsi adlandırıb.
Mia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri xalqa müraciətində deyib.
Paşinyan xatırladıb ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar - birincisi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişi paraflayıblar, ikincisi, birgə bəyannamə qəbul ediblər: "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar oldu, əziz insanlar. Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq”.
***
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin hazırkı Prezidenti Donald Trampın Azərbaycanla münasibətlərin normallaşması prosesində əvəzsiz rol oynadığını bildirib.
Mia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri xalqa müraciətində deyib.
“Bu prosesdə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının rolunu qiymətləndirməmək olmaz. Məhz buna görə də Azərbaycan Prezidenti ilə birlikdə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək qərarına gəldik”, - o bildirib(report).
***
"Vaşinqton razılaşmaları nəticəsində Ermənistan 30 ildən artıq davam edən blokadadan sonra təcrid vəziyyətindən çıxır. Bu, bir müddət əvvəl qeyri-mümkün hesab edilən nəticədir".
Mia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri xalqa müraciətində deyib.
O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında yollar açılır: "Bu o deməkdir ki, nəqliyyat kommunikasiyalarının bərpası və tikintisi sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və razılaşdırılması prosesləri ilə müşayiət olunmalıdır”.
Paşinyanın sözlərinə görə, Ermənistan sərhədi keçmə prosedurlarını sadələşdirməyə hazırdır: “Bu, ilk növbədə həll edilməli olan məsələdir. Bu, bizim üçün yeni narahatlıqlar yaradırmı? Qətiyyən yox. Çünki Vaşinqton Bəyannaməsinin üçüncü bəndində qarşılıqlılıq prinsipi təsbit olunub və bu, Azərbaycan Respublikasının da Ermənistan Respublikası ilə eyni qaydalarla hərəkət edəcəyinə zəmanətdir”.
***
Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü tanıyıb.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.
“Bu, o deməkdir ki, tərəflər Ermənistan Respublikasının ərazisi ilə Azərbaycan Respublikasının ərazisinin hüquqi baxımdan keçmiş sovet respublikaları olan Ermənistan SSR və Azərbaycan SSR əraziləri ilə eyni olması faktından çıxış edirlər. Bu reallıq sərhədlərin demarkasiyası prosesində öz həllini tapmalıdır”, - o bildirib.
“Avqustun 11-də Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin ilkin mətni dərc olundu. Və bir sıra uzun illər davam edən konspirasiya nəzəriyyələri bundan sonra iflasa uğradı. Vətəndaşlarımız sazişin imzalanması faktını razılıqla qarşıladı”, - Paşinyan əlavə edib.
***
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün edib.
Bu barədə Ermənistan lideri xalqa canlı yayımında müraciətində deyib.
“Mən demişdim ki, Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyəm və xalq bu məntiqlə razılaşmırsa, qoy inqilab etsin. Amma siz inqilab etmədiniz, çünki mənim kimi siz də başa düşdünüz ki, Qarabağ məsələsi həll olunmasa, sülh olmayacaq. Bəzi qüvvələr Qarabağ məsələsindən sadəcə olaraq Ermənistanda öz problemlərinin həlli üçün alət kimi istifadə ediblər”, - o deyib.
Paşinyan həmçinin Azərbaycanın öz suverenliyini bərpa etməsindən sonra Qarabağı könüllü tərk edən ermənilərlə bağlı məsələyə də toxunub: “Soydaşlarımıza gəlincə, mən dəfələrlə açıq şəkildə bəyan etmişəm: onların mümkün qayıdışı ideyasını real hesab etmirəm. Ümumiyyətlə, bu, Ermənistanla Azərbaycan arasında yaradılmış sülhə yalnız xələl gətirən mövzudur. Onu yenidən gündəmə gətirmək cəhdləri məcburi köçkünlərin özlərinə heç nə verməyəcək, dövlətlər arasında isə gərginlik yaradacaq. Ona görə də qeyd edirəm: bəli, bu, sülh üçün təhlükəli və zərərli mövzudur”
Paşinyanın sözlərinə görə, bu fikir xətti ilə razılaşmayanların hamısı şüurlu və ya şüursuz olaraq yeni münaqişələrdə maraqlı olan qüvvələrin “xəmirinə su tökürlər”.
“Axı bir çox münaqişələr, o cümlədən Qarabağ münaqişəsi zahirən humanitar, mədəni və ya digər “məsum” məsələlərin müzakirəsi ilə başlayıb. Amma bunun nəyə gətirib çıxardığını yaxşı xatırlayırıq və təəssüf ki, özümüz də bunu yaşadıq”, - o əlavə edib.
***
"Vaşinqton razılaşmaları həm Ermənistan, həm də Azərbaycan üçün mütləq uğurdur".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.
“34 illik dövlətçiliyimizin tarixində bütün xarici siyasət və diplomatik hadisələri “qələbə və ya məğlubiyyət” şkalası ilə qiymətləndirməyə çalışmışıq. Hörmətli xalqım, özümdə cəsarət tapıb deyirəm ki, məsələlərə belə yanaşmaq yanlışdır. Çünki seçim həmişə qələbə və məğlubiyyət arasındadırsa, məğlubiyyət qaçılmazdır”, - o bildirib.
Paşinyanın sözlərinə görə, əldə olunan razılaşmalar Ermənistanda dövlət quruculuğu konsepsiyasının əsl təntənəsidir.
“Bir dəfə, iki dəfə, üç dəfə, hətta beş və ya on dəfə qalib gələ bilərsən, amma razılığa gələn bütün tərəflərə uğur vəd edən qarşılıqlı razılaşma düsturu tam başqa bir şeydir. Vaşinqton razılaşmaları həm Ermənistan, həm Azərbaycan, hətta ABŞ üçün mütləq uğurdur. Onlar dövlətimizi etibarlı, sabit və əbədi edir, müstəqilliyimizi və suverenliyimizi möhkəmləndirir, rifahımızı və xoşbəxtliyimizi real edir”, - Ermənistan hökumətinin başçısı bildirib(Report).
MİA.AZ
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb