Müsavat qurultaya hazırlıq prosesini sürətləndirib

img

29-08-2014 [12:00]


"Müsavat Partiyası qurultayqabağı 70-ə yaxın rayonda konfrans keçirib. Həmin rayonlardan qurultayda iştirak edəcək nümayəndələr də seçilib”. Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

Başqan müavininin sözlərinə görə, qurultayqabağı işlər istər Bakıda, istərsə də bölgələrdə aparılır: "Müsavat Partiyasında konfransların və yığıncaqların keçirilməsi üçün nizmnaməyə uyğun olaraq hazırlanmış təlimat var. Bütün konfranlar da həmin təlimata uyğun olaraq keçirilir. Artıq qurultayın nümayəndələri də seçilib”.

Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayı sentyabr ayının axırlarında keçirilməlidir. Avqusrtun 28-dən başqanlığa namizədlərin irəli sürülməsinə start verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA