DÜNYANIN GÖZÜ ALYASKADA: Putinlə Tramp 6 il sonra belə görüşdü, otaqda isə pərtlik yarandı - 3 saata yaxın çəkən görüş bitdi + VİDEO, FOTOLAR

img

16-08-2025 [08:37]


Bu gün ABŞ-ın Alyaska ştatında Rusiya ideri Vladimir Putinlə ABŞ lideri Donald Tramp 6 il sonra bir araya gəliblər.

Mia.az xəbər verir ki, hər ikii lider  Ankoricdəki hərbi bazada eyni vaxtda təyyarələrindən ensələr də, Tramp görüş yerinə ilk açtıb.

Putin ona yaxınlaşaraq mərkızi nöqtədə mehriban salamlaşıblar.

Daha sonra onlar eyni avtomobilə oturaraq görüşün keçiriləcəyi məkana  gediblər...

Məlumata görə, hər iki tərəfdən üç nəfərin iştirak etdiyi görüşə ABŞ Dövlət katibi Marko Rubio, Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov da qatılıblar.

Maraqlı burasıdır ki, görüşdən əvvəl  jurnalistlər Putinə suallar verməyə cəhd ediblər.

Bu zaman qarmaqarışıqlıq düşüb. Hətta  Putin pərt halda qəribə jestlərlə nəsə deməyə çalışır, lakin anlaşılmır (həmin anlar aşağıda videoda).

Daha sonra jurnalistlər otaqdan çıxarılıb.

***

Putinlə Donald Tramp arasında keçirilən görüş 2 saat 45 dəqiqə sonra başa çatıb.

***

ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə danışıqlar zamanı bir çox məsələlərdə, o cümlədən Ukraynaya təhlükəsizlik zəmanətində razılığa gəliblər.

Bu barədə o, “Fox News”a  müsahibəsində deyib.

Tramp Ukrayna ilə Rusiya arasındakı ərazi mübadiləsi və Kiyevə təhlükəsizlik zəmanəti ilə bağlı suala belə cavab verib: “Biz bu barədə müzakirə apardıq və razılaşdığımız məqamlar var”.

ABŞ lideri razılaşmanın təfərrüatını açıqlamayıb. Lakin deyb ki, görüş yaxşı keçib. O, bu səbəbdən Rusiyaya cəza olaraq sanskiyalar tətbiqinə ehtiyac duymadığını da sözlərinə əlavə edib.

F.ƏHMƏD

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR