AK Partiya: "İsrailin İordan çayının qərb sahili ilə Qüdsü ayırmaq planı..."

img

15-08-2025 [10:19]


"İsrailin qeyri-qanuni məskunlaşma siyasəti ilə İordan çayının qərb sahili ilə Şərqi Qüdsü ayırmaq planı soyqırım aktlarının davamıdır".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Ərdoğanın lideri olduğu AK Partiyanın sözçüsü Ömər Çelik deyib.

O,  İsrailin işğal altındakı Şərqi Qüdsdə yeni qeyri-qanuni yaşayış məskənləri tikmək qərarın qəbuledilmzə sayıb: "Dünya Fələstin Dövlətini tanımaq üçün ardıcıl qərarlar qəbul etdiyi bir vaxtda İsrail yenidən dünyaya hücum edir və Fələstin Dövlətinin ərazi bütövlüyünü hədəfə alır.

Biz 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olmaqla, coğrafi cəhətdən vahid, müstəqil və suveren Fələstin Dövlətinin qurulması üçün mübarizəmizi davam etdirəcəyik”.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA