Masallıda evə basqın: iki nəfər saxlanılıb, biri qohum çıxıb

img

15-08-2025 [10:53]


Masallı rayonunda evə basqın edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a bildirilib ki, yaşayış evinə daxil olan maskalı şəxs ev sahibini hədələyərək pul tələb edib və ona kəsici alətlə xəsarət yetirərək oradan uzaqlaşıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 31 yaşlı Hikmət Şəmistanlı müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla H.Şəmistanlının həmin cinayət əməlini zərərçəkmişin qohumu olan 31 yaşlı Elçin Həsənovla qabaqcadan əlbir olub razılığa gələrək törətdiyi müəyyən edilib.

Belə ki, E.Həsənov qohumuna məxsus yaşayış evini qarət etmək üçün tanışını yaşadığı rayona çağırıb və həmin ünvanda xeyli miqdarda pulun olduğunu bildirib.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR