Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib

Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib

SİYASƏT

15.08.2025, 17:33

 

Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski istintaq təcridxanasında qalacaq.

Onun vəkilinin apellyasiya şikayəti təmin edilməyib.

Məlumata görə, şikayət Moskva Şəhər Məhkəməsində araşdırılıb.

Qeyd edək ki, Şahin Şıxlinski bir müddət əvvəl Rusiya Daxili İşlər Nazirliyi tərəfindən federal axtarışa verilmişdi. O, avqustun 2-də saxlanılıb/APA

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR