Hafiz Hacıyev: «Cızığından çıxan məmurlar tərki-silah edilməlidir»

img

28-08-2014 [16:33]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Müstəqil İnformasiya Agentliyinə müsahibə verib.

 - Hafiz müəllim adətən seçki ərəfsində hakimiyyət daxilindəki qruplaşmalar arasında qarşıdurmalar daha da dərinləşir və kompromatlar gündəmə gəlir. Qarşıdakı dönəmdə bu müstəvidə nə zə gözləyirsiniz? 

- Artıq cəmiyyətdə də, hakimiyyətdə də kimin kim olduğu bəllidir. Hər kəs kimin hansı məmbədən qidalandığını, kimin əli kimin cibində olduğunu bilir. Ölkə prezident idə hakimiyyətdən kimin nə ilə məşğul olduğunu yaxşı bilir. Onsuz da zaman-zaman cızığından çıxan hər bir məmur cəzasını alır. Ona görə də narahat olmağa dəyməz. İlham Əliyev ona xəyanət edən məmurla barədə ətraflı informasiyaya sahibdir. Sadəcə olaraq, həi bir şeyin doğru zamanı var. İnanıram ki, ölkə rəhbəri zamanı gələndə lazımi tədbirləri görəcək. Bu gün Azərbaycanda iqtisadi inkişaf var. Bunu da gözü götürməyə qüvvələr var. Ona görə də həmin qüvvələr hakimiyyətdəki xəyanətkar məmurların əliylə müəyyən narazılıq əhval-ruhiyyəsi yaratmağa çalışırlar. Amma buna nail ola bilməyəcəklər. Çünki həm prezident İlham Əliyev, həm də dəstəkçisi kimi mən və partiyam bu xəyanətin qarşısında duracağıq. Bəli, bu gün hakimiyyətdə oturub, amma hakimiyyətin ümumi siyasətinə qarşı fəaliyyət göstərənlər var. Onların kimliyi də bəllidir. Mən də hesab edirəm ki, yolunu azan məmurlar cəzalandırılmalıdır. Amma görünən odur ki, prezident həmin məmurlar barədə ölçü götürmək qərarındadır. İmkan vermək olmaz ki, kimlərsə hakimiyyətdən bəhrələnsin, ona yaradılan şəraitdən sui-istfadə edərək, mənfur əməllərini davam etdirsin. 

 - Sizcə, hakim komanda da monolitiliyi pozan, ciddi problemlərə yol açan məmurlar kiməldir? 

- Öncə onu deyim ki, hakimiyyətin monolitlik problemi yoxdur. İlham Əliyev komandasına tam nəzarət edə bilir. Hər bir məmur prezidentin iradəsi qarşısında acizdir. Sadəcə olaraq, bəziləri onlara göstərilən etimaddan sui-istifadə edərək şəxsi maraqlarını təmin edirlər. Bununla da həm millətə, həm də üzvü olduqları hakimiyyətə xəyanət edirlər. Amma bu adamların hamısı öz cəzalarını alacaqlar. Onların bütün əməlləri barədə məlumat var, sadəcə olaraq, zamanı gələn kimi cəzalandırılacaqlar. 

- Necə düşünürsünüz, həmin məmurlar radikal üsullarla cəzalandlırılacaq, yəni, həbs olunacaq, yoxsa sadəcə, tutduqları vəzifədən kənarlaşdırılacaqlar? 

- Hər kəs öz əməlinə görə cavab verməlidir. Hesab edirəm ki, öncə sabitliyi pozmaq istəyən, dövlətə xəyanət edən hər bir məmur ən ağır şəkildə cəzalandırılmalıdır. Ona görə də cızığından çıxan məmurlar öncə tərki-silah edilməlidir. Vəzifədə olduqları dönəmdə əldə etdikləri var-dövləti onların əlindən almaq lazımdır. Xalqdan oğurladıqları miylonları alıb, xalqa qaytarmaq gərəkdir. Bu zaman haqq-ədalət öz yerini tutar. Bundan əlavə, həmin məmurla ifşa olunmalıdır ki, başqalarına görk olsun. İnanıram ki, yaxın müddət ərzində İlham Əliyevin səyi nəticəsində hakim komanda bu mənfur qüvvələrdən tamamilə təmizlənəcək. 

- Son günlər müxalifətin fəaliyyətini necə dəyərləndirirsiniz. Müxalif düşərgədə də daxili çəkilmələr artıb… 

- Yenə də nəzərinizə çatdırım ki, bu gün Azərbaycanda müxalifət təkqütblü deyil. Həm radikal, həm də sağlam müxalifət var. Radikal müxalifət hər zaman olduğu kimi, yenə də mili maraqlara zidd addımlar atırlar. Xəyanətləri nəticəsində əldə etdiklərini bölüşdürə bilmədikləri üçün də bir-birlərini qırırlar. Ona görə də həm İsa Qəmbərin, həm də Əli Kərimlinin ətrafı getdikcə boşalır. Qalanlar da hər gün bir-birinə qarşı ittihamlar səsləndirirlər. 

- Məsələ ondadır ki, mili maraqlarımıza zidd fəaliyyətlərdə bulunan Leyla Yunusun müdafiəsini də təşkil edirlər. Gələcək Azərbaycan Partiyası (GAP) isə Leyla Yunusa Nobel mükafatı verilməsi təşəbbüsü ilə çıxış edir. Bu bərədə nə deyə bilərsiniz? 

- Həmin təklifi irəli sürənlər yararsız adamlardır. Kimlərdir bu təklifi, təşəbbüsü irəli sürənlər? Keyfiyyətsiz və yararsız adamlar! Rəsul Quliyev hər zaman demişəm ki, oturub Amerikada özünə müştəri axtarır, Eldəniz Quliyev Əlikram Hümbətovun şinelindən çıxmış separatçıdır, Mahir Cavadov "OMON” məsələsinin ideyavericisi və Azərbaycan əsgərinə güllə atdırandır, Nurəddin Məmmədli də ki, Əli Kərimlinin özü kimi ətrafındakılardan biridir. Gedib müdafiə komitəsi yaradıblar. Nədir ki, Leyla Yunusun erməni qohumu olan Ramis Yunus Cəmil Həsənlinin erməni qudası ilə birgə məhz Cəmilin müdafiə komitəsinin sədri olmasını istəyiblər. Bax, budur bu erməni ləçərinin Nobel mükafatı alması təşəbbüsünün arxasında dayanan əsas məsələ. O cümlədən, Ermənistanda, Fransada Leyla Yunusun müdafiəsi ilə bağlı geniş kampaniyalar aparılmaqdadır. Bütün bunların hər birini isə təbii saymaq lazımdır. Yəni bu olay bilavasitə Azərbaycanın müstəqilliyinə, uğurlu gələcəyinə qarşı atılan qəsd addımlarıdır. Ancaq bir daha əminliklə deyirəm ki, belələrinin Azərbaycanda nə yeri, nə də çəkisi olmayacaq. Qarşıda belə təxribatçı addımların atıla biləcəyi şübhəsizdir. Düşünürəm ki, sentyabr-oktyabr aylarında bizi müəyyən sınaqlar gözləyir və biz dövlətçiliyin müdafiəsi üçün Müasir Müsavat Partiyası olaraq daim hazırıq. Hazırıq ki, belə halların qarşısını qətiyyətlə alaq. Biz, dövlətçiliyin və prezidentin yanındayıq. Leyla Yunusa, yaxud da digər xəyanətkar ermənipərəstə Nobel mükafatı təyin edilsə belə, burada təəccüblü nə isə axtarmaq mənasızdır. Burada nə var ki? Erməni erməniyə mükafatın verilməsini istəyir. Cəmil Həsənlinin qudası və yeznəsi ermənidir, Əli Kərimlinin arvadı erməni kimi bir şeydir, Rəsul Quliyevin də atası Hapo kişidir, o da ermənidir. Yəni bu həm də bir kampaniyadır ki, onun da arxasında dayanan qüvvələr var. Eyni zamanda bu qüvvələr Azərbaycana bir növ təzyiq göstərirlər. Ancaq bizim də əlimizdə çox mühüm faktlar var və həmin faktları Azərbaycan ictimaiyyətinə yaxın zamanlarda mütləq təqdim edəcəyəm. İnanıram ki, ölkəmin rəhbərliyi də bu faktları yoxlanandan sonra nəzərə alaraq tədbirin görülməsi üçün göstərişlərini verəcəkdir..

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA