Hafiz Hacıyev: “Leyla Yunusu Nobel mükafatına layiq görənləri peşman edəcəyik!”

img

27-08-2014 [17:12]


"Bütün bunlar ilk növbədə güclənən Azərbaycanı gözü götürməyən qüvvələrin ortaya atdığı növbəti oyundur”. Bu fikirləri SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Gələcək Azərbaycan Partiyasının (GAP) Leyla Yunusa Nobel mükafatı verilməsi təşəbbüsü ilə çıxış etməsinə və bu təşəbbüsü dəstəkləyən tərəflərə münasibətini bildirərkən deyib. MMP sədri həmin təklifi irəli sürənlərin yararsız adamlar olduğunu deyib: "Kimlərdir bu təklifi, təşəbbüsü irəli sürənlər? Keyfiyyətsiz və yararsız adamlar! Rəsul Quliyev hər zaman demişəm ki, oturub Amerikada özünə müştəri axtarır, Eldəniz Quliyev Əlikram Hümbətovun şinelindən çıxmış separatçıdır, Mahir Cavadov "OMON” məsələsinin ideyavericisi və Azərbaycan əsgərinə güllə atdırandır, Nurəddin Məmmədli də ki, Əli Kərimlinin özü kimi ətrafındakılardan biridir. Gedib müdafiə komitəsi yaradıblar. Nədir ki, Leyla Yunusun erməni qohumu olan Ramis Yunus Cəmil Həsənlinin erməni qudası ilə birgə məhz Cəmilin müdafiə komitəsinin sədri olmasını istəyiblər. Bax, budur bu erməni ləçərinin Nobel mükafatı alması təşəbbüsünün arxasında dayanan əsas məsələ. O cümlədən, Ermənistanda, Fransada Leyla Yunusun müdafiəsi ilə bağlı geniş kampaniyalar aparılmaqdadır. Bütün bunların hər birini isə təbii saymaq lazımdır. Yəni bu olay bilavasitə Azərbaycanın müstəqilliyinə, uğurlu gələcəyinə qarşı atılan qəsd addımlarıdır. Ancaq bir daha əminliklə deyirəm ki, belələrinin Azərbaycanda nə yeri, nə də çəkisi olmayacaq”.
Hafiz Hacıyev qarşıda belə təxribatçı addımların atıla biləcəyini də deyib: "Düşünürəm ki, sentyabr-oktyabr aylarında bizi müəyyən sınaqlar gözləyir və biz dövlətçiliyin müdafiəsi üçün Müasir Müsavat Partiyası olaraq daim hazırıq. Hazırıq ki, belə halların qarşısını qətiyyətlə alaq. Biz, dövlətçiliyin və prezidentin yanındayıq!”
Hafiz Hacıyev onu da bildirib ki, Leyla Yunusa, yaxud da digər xəyanətkar ermənipərəstə Nobel mükafatı təyin edilsə belə, burada təəccüblü nə isə axtarmaq mənasızdır: "Burada nə var ki? Erməni erməniyə mükafatın verilməsini istəyir. Cəmil Həsənlinin qudası və yeznəsi ermənidir, Əli Kərimlinin arvadı erməni kimi bir şeydir, Rəsul Quliyevin də atası Hapo kişidir, o da ermənidir. Yəni bu həm də bir kampaniyadır ki, onun da arxasında dayanan qüvvələr var. Eyni zamanda bu qüvvələr Azərbaycana bir növ təzyiq göstərirlər. Ancaq bizim də əlimizdə çox mühüm faktlar var və həmin faktları Azərbaycan ictimaiyyətinə yaxın zamanlarda mütləq təqdim edəcəyəm. İnanıram ki, ölkəmin rəhbərliyi də bu faktları yoxlanandan sonra nəzərə alaraq tədbirin görülməsi üçün göstərişlərini verəcəkdir. Həmin faktlar arasında Gələcək Azərbaycan Partiyasının (GAP) da kimlər tərəfindən maliyyələşdirilməsi məsələsi üzə çıxacaq. Çünki bu gün Leyla Yunusun Nobel mükafatına sahib olması üçün təşəbbüslə çıxış edən GAP haqqında əlimizdə audiokasetlər, səs yazıları da var. Xüsusilə vurğulayıram ki, Leyla Yunusu Nobel mükafatına layiq görənləri peşman edəcəyik!”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA