"Leyptsiq" klubu Türkiyə klubundan hücumçu transfer edir - 25 milyon avroya...

"Leyptsiq" klubu Türkiyə klubundan hücumçu transfer edir - 25 milyon avroya...

İDMAN

14.08.2025, 09:28

Bundesliqa təmsilçisi "Leyptsiq" "Göztəpə"nin braziliyalı hücumçusu Romulo ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Göztəpə" klubu bonuslar da daxil olmaqla 25 milyon avroluq təklifə razılaşıb.

Klublar arasındakı razılaşmaya əsasən, braziliyalı futbolçunun sonrakı satışından Türkiyə liqasının təmsilçisi əlavə pay da alacaq.

Xatırladaq ki, 23 yaşlı Romulo ötən mövsüm “Göztəpə”nin heyətində 33 oyunda 17 qol vurub və 10 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR