"Qruplaşmaları çox gördüm. Yanımdakılar üzdə yağlayırdı,..." - Aida Gülzar

img

27-08-2014 [12:48]


O, ilk mahnısını Qavrı çayına oxuyub. Heç kəsin öyrətmədiyi, yalnız içində, qəlbində yaşatdığı nəğmələri ilk məhəbbət kimi pııçıldayıb. Qavrı da onun ilk dinləyicis,i ilk ustadı, ilk münsifi olub.Yəqin o həzinlik də, o şaqraqlıq da, o sadəlik də, o təbiilik də ustadından keçmədir. Qaraçöp elinin tanınmış müğənnisi, aşıq Aida Gülzar redaksiyamızın qonağıdır. Bəri başdan deyək ki, sazı ilə, sözü ilə şirin danışığı müsahibini ovsunlamağı bacaran bu gözəl xanımla söhbətimiz olduqca maraqlı keçdi. Aida xanım çox koloritli,təbii, zəngin bir sənət adamıdır. El havalarını mükəmməl bildiyi kimi , aşıq sənətinə də yaxşı bələddir. Özünün dediyi kimi, aristokrat bir xanımdır.


Yeri gəlmişkən, Aida xanım deyir ki, Bakıya yeni gəlibmiş. Səhnəyə, məclisə sadə formada çıxırmış. "Harya gedirdimsə, arxamca deyirdilər ki, belə sadə olmağına baxmayın, çox aristokrat xanımdır. Mən də bu aristokrat sözündən çox şübhələnmişdim. Axırda bir gün Zülfüyü yığıb dedim (qardaşını nəzərdə tutur) ki, haraya gedirəm, deyirlər aristokrat xanımdır, bu aristokrat sözü birdən pis söz –zad olar ha. Cəllad kimi, zalım kimi dana. Zülfü də qayıtdı ki, öl onda. Sən heç Bakıya tək gedə bilmirsən. Xalxın qızları kosmosa uçur, sən hələ bilmirsən aristokrat nədir. 


Gəldim burda ürəklənəm, irəli gedəm, yaxşı olam, daha da slndım. Sən demə ürək sındıqca daha gözəl olurmuş. Sınıq ürəyi Allah daha çox sevir. Bu barədə Peyğımbərin də kəlamı var. 


-Nədən sındınız ki? 


- Elə bildim hamı başıma sığal çəkəcək. Mən bilmədim. Elə bilirdim hamı qadan alım nağayrersan deyəcək, Çəpərin arasında olduğu kimi. Gəlirdim məclislərə, yubileylərə, müxtəlif tədbirlərə, bir də görürdüm, deyirdilər ki, onu buraxmayın. Məəttəl qalırdım. Qruplaşmaları çox gördüm. Yanımdakılar üzdə yağlayırdı, içəridə dağlayırdı. Xavarım yoxuydu. 


-Sənətə necə gəlmisiniz?


-Vallah heç özümdə bilmirəm. Sənətin içində doğulmuşam. Babam Qulaməli kişi aşıq olub. Aşıq Musa ilə dost olub. Çox güclü səsi varmış. Deyirlər Qulaməli kişi kəndin bu başında oxuyanda o biri başında səsi eşidilərmiş. O zaman kəndlərdən istedadlı uşaqları yığırdılar. Xeyrənsə, Aybəniz o zaman tanındılar. 


Gürcüstanda məktəblilər arasında müsabiqə keçirilidi Həmin müsbiqənin qalibi oldum. 27 rayon məktəbliləri arasında qızıl medal aldım. Laureat oldum. O vaxt” Sən bağışladın”, "Enməyə qoymaram "adlı mahnılarla sənətə gəldim Bizdə bir Qavrı çayı var ilk dəfə onunçün oxumuşam O da məni Xəzərə qovuşdurdu.


 Məndə aşıqlığa meyl olmayıb. İkinci sinifdə oxuyanda Mikayıl Müşfiqin şeirlərini, sözlərinə yazılmış musiqiləri öyrənmişdim. Bakıya gələrkənTaryel Abbaslı, İsmayıl İmanzadə məni İslam Rzayevin yanına aparmışdı. İslam müəllim mənə qulaq asıb səsimi bəyənmişdi. Demişdi ki "sənət, musiqi bu qızın ruhundadır. Bu mənim üçün yenidir”. Onda Xatirə, Qismət təzə təhsil alırdılar. Yenicə İslam müəllimin mahnılarını yolunu yenicə öyrənirdim ki,bir gün Bakıya gələrkən məşhur Aşıq Pəri məclisinin rəhbəri Səadət Butaya rast gəldim. Səadət xanım məsləhət bildi ki, saz da çalmalısan.


Yeri gəlmişkən, Aida xanım bizi də bir neçə dəqiqəlik sənət ovsunua saldı. İfasında məşhur "Mİxəyi” və bir neçə xalq mahnısı (popuri şəklində) ruhumuza sərinlik çilədi. Onu da deyək ki, Aida xanımın ifasında bir neçə aşıq havası mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. 


-Hansı sahəyə daha çox üstünlük verirsiniz? Aşıq sənəti, yoxsa xalq mahnıları?


-Məncə xalq mahnılarının əsasında elə aşıq musiqisi dayanır.. Məsələn fikir verin, ”Uca dağlar başında mahnısı ilə "Yüngül şərili” aşıq havası eynidir . Fikir verin(oxuyur) "Dübeyti” "havası ilə "Sarı bülbül” xalq mahnısı da eynidir.(oxuyur) Mən əslində sazı anamın təhriki ilə öyrənmişəm. Bacım dedi ki, saz çaılb neynəyəcəksən? Dedim "Aşıq Pəriy”ə qoşulacam. Dedi sonra? Dedim Aşıq Solmazla yarışacam. Dedi sonra? Dedim Alma-ataya gedəcəm. Bilirsənmi niyə Alma-ata deyirdim? Bizim kənddə bir oğlan vardı.Biz uşaqkən Alma-ataya getmişdi. qayıtmamışdı. Hamı ondan danışırdı. Bizim üçün də Alma-ata sirlə dolu bir diyar kimi idi xəyallarımızda. Doğrudan da saz ifa etməyi öyrəndim. Bir az Gilabidən Bir azda Müşfiqdən götürdüm. Sonra da Aşıq Pəri məclisində Aşıq Solmazla deyişdim.


-Hansı ifaçıları bəyənirsiniz?


- Könül Xasıyeva, Mənsum İbrahimov kimi dəyərli xanəndələrin ifasını bəyənirəm.Onlar millətin, xalqın ruhuna daha çox yaxındırlar.


- Eşitdiyimizə görə xaricdə dəfələrlə Azərbaycanı, milli musiqimizi layiqincə təmsil etmisiniz?


-QardaşTürkiyədə müxtəlif tədbirlərdə festifallarda çııxış etmişəm. Bursada, İsgəndəriyyədə, İstanbulda konsertlərimiz olub. Belarusda Heydər Əliyevin doğum günündə təşkil olunmuş tədbirlərdə iştirak etmişəm. Yenə də səfər üstəyəm.Avqustun 28-də uluslararası tədbirə dəvət edilmişəm. Qaracaoğlanın yubileyinə qatılmaq üçün yola düşəcəyik. Avqustun əvvəllərində Qaraçöpdə böyük bir tədbirdə iştirak etdik. Mən harda Qaraçöp üçün bir işartı görürəmsə, onu üfürüb alova çevirmək istəyirəm.


"Yeni Sözçü" qəzeti


Digər xəbərlər
SON XƏBƏRLƏR