Müsavatın Göygöl təşkilatının sədri saxlanıldı

img

27-08-2014 [12:18]


Bu gün səhər saatlarında Müsavat Partiyasının Göygöl Rayon Təşkilatının sədri Subatay Quluzadə həbs edilərək, polis idarəsinə aparılıb.

Onun saxlanılmasının səbəbləri məlum deyil. Artıq 2 saata yaxındır ki, onun telefonuna zəng çatmır.

Bu barədə musavat.com-a məlumatı Müsavat Divanının üzvü Tural Abbaslı verib.

O, bildirib ki,Subatay Quluzadəsonuncu dəfə polis idarəsinin önündən zəng vurub: "Neçə vaxt idi ki, Subatay bəy davamlı olaraq, polis idarəsinə çağırılırdı. İzahatlar alınıb, buraxılırdı. Bu gün isə yenidən idarəyə dəvət olunub. Ehtimal var ki, həbs ediləcək. Sonuncu dəfə 2 saat öncə zəng vurmuşdu. O zamandan əlaqə saxlamaq mümkün deyil. Telefonunu qardaşına verəcəyini demişdi. Görünür, imkan verməyiblər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA