"Kassam Tuqayları": "İsrail əsgərlərinin içində olduğu maşını partlatdıq"

img

06-08-2025 [00:28]


HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Kassam Tuqayları Qəzza zolağının cənubundakı Xan Yunus məhəlləsində İsrail əsgərlərini daşıyan zirehli maşını tələyə slaıblar

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşma açıqlama yayıb.

Bildirilib ki, minalı əraziyə çəilən maşın güclü partlayıcı ilə daha sonra partladılıb.

Qruplaşma hadisə zamanı xeyli İsrail əsgərinin öldüyü və yaralandığını iddia edib: "İsrail ordusu meyitləri və yaralıları daşımaq üçün əraziyə helikopter göndərib"

Açıqlamada o da iddia olunub ki, Xan Yunisda bununla yanaşı, iki hərbi maşın isə minaatanlarla atəşə tutulub.

İsrail ordusu məsələ ilə bağlı açıqlama verməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA