“Salyan Aqro Park”ın işçilərinin maaşı niyə ödənilmir? - FOTO

img

01-08-2025 [23:55]


İyulun 30-da bir qrup şəxs Salyanda magistral yolu bağlayaraq etirazlarını bildirmişdilər.

Musavat.com həmin hadisənin təfərrüatını əldə edib.

Məlumata görə, yolu bağlayan şəxslər, Salyan Aqro Park Pambıq Emal Zavodunda çalışan qadınlar olub.

Onlar uzun müddətdir əmək haqlarını ala bilmədiklərinə etiraz ediblər. İşçilər iki aydır pambıq sahələrində çalışsalar da maaş ala bilməyiblər. Onlar dəfələrlə rəhbərliyə müraciət etsə də problemlərini həll edən olmayıb.

İşçilər də etiraz əlaməti olaraq yolu bağlayaraq rəsmi qurumların diqqətini bu problemə çəkməyə çalışıblar.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...