Nazim İbrahimov Abbas Abbasova qarşı: “Azərbaycan əleyhinə iş aparması yaxşı hal deyil”

img

26-08-2014 [12:38]


"Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinə (AzerRos) rəhbərlik edən Abbas Abbasovun fəaliyyətinin bütün çalarları artıq göz qabağındadır”.

Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov publika.az-a müsahibəsində deyib. O bildirib ki, Abbas Abbasov əməllərindən geri çəkilməlidir:

"Mən hər zaman demişəm ki, söylədiyin fikirlərlə öz mövqeyini tam formada ortaya qoymalısan, dediyin sözlərlə əməllərin uyğun gəlməlidir və sairə. Mən bu fikirləri indi yenə söyləyirəm. Əlbəttə, xoşagəlməyən haldır ki, Azərbaycan hökumətinin üzvü olan, Azərbaycan hökumətində formalaşmış bir adam indi də gedib Rusiyada Azərbaycan əleyhinə iş aparsın. Bu yaxşı hərəkət deyil. Faktiki olaraq indi də əgər Abbas Abbasovun bu cür əməlləri varsa, o zaman o bu əməlindən geri çəkilməlidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA