Sübhan Talıblı: “Köçürmə siyasəti Cənubi Qafqazın taleyini müəyyənləşdirdi”
SİYASƏT
31.07.2025, 13:26
XIX əsr Cənubi Qafqazın siyasi və etnodemoqrafik tarixində dönüş nöqtəsi oldu. Bölgənin strateji mövqeyi böyük imperiyaların maraq dairəsində olduğuna görə burada həyata keçirilən köçürmə və yerləşdirmə siyasətləri əhalinin milli tərkibində ciddi dəyişikliklərə yol açdı.
Bu prosesin əsas məqsədlərindən biri imperiya maraqlarına uyğun olaraq yeni sosial-siyasi reallıqlar yaratmaq, yerli əhali ilə mədəni və dini baxımdan fərqlənən qrupları bölgəyə cəlb etməklə mövcud tarazlığı dəyişdirmək idi. Bu dövrdə baş verən hadisələr göstərir ki, Cənubi Qafqazın, xüsusilə də Azərbaycan torpaqlarının gələcək taleyi, həmin ərazilərdə aparılan məskunlaşdırma siyasətindən birbaşa asılı idi.
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, ADPU Şamaxı filialının dosenti Sübhan Talıblı mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:
"Ermənilərin Cənubi Qafqazda, o cümlədən də Qarabağ ərazisində məskunlaşdırılmasına Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb. Hələ I Pyotrun dövründə ermənilərin Cənubi Qafqaza köçürülməsi haqqında plan hazırlansa da, o vaxt bunu tam reallaşdırmaq mümkün olmayıb. Bu planın reallaşdırılması üçün əlverişli şərait XIX əsrin əvvəllərində meydana gəlib.
1804-1813 və 1826-1828-ci illərdə baş vermiş birinci və ikinci Rus-İran müharibələri nəticəsində Azərbaycan torpaqları iki imperiya arasında bölüşdürüldü: "Məhz ikinci Rus-İran müharibəsi nəticəsində bağlanmış Türkmənçay müqaviləsinin imzalanmasından sonra Qarabağ adı siyasi anlayış kimi işlədilməyə başlandı". Rusiya imperiyası “parçala və hökmranlıq et” siyasətini əldə əsas tutaraq Şimali Azərbaycanla regionun digər müsəlman və türk dövlətləri arasında əlaqəni kəsmək üçün bu regionda qeyri-müsəlman xalqları, xüsusilə də erməniləri yerləşdirməyə başladı. Bu məskunlaşdırma 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay müqaviləsinin 15-ci maddəsinə uyğun olaraq həyata keçirilirdi. Azərbaycan xalqının başına gətirilən bütün sonrakı faciələrə səbəb olan bu maddədə bildirilirdi: “Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırkı müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq onlardan (ermənilər nəzərdə tutulur-S.T.) heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti (Azərbaycan nəzərdə tutulur-S.T.) müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa, o, məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların (ermənilər nəzərdə tutulur-S.T.) satılıq malına, əmlakına və ya əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə onun satılması və haqqında öz xoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir”".
Tarixçi bu maddənin başlanğıcının üstüörtülü diplomatiya dilində yazıldığını bildirib:
"Nəinki bu parçada, bütün müqavilə mətnində ermənilərin adı çəkilməyib. Ancaq söhbət onlardan gedir. Müqavilə üzrə “Azərbaycan adlanan vilayətdə” yalnız rus ordusuna yardımçı olan təbəələrin davranışına və dini əqidəsinə görə təqib edilməsi yasaq olunur, onlara “İran vilayətindən Rusiyaya sərbəst keçmək” hüququ verilirdi. Təbii ki, cənub bölgələrində köklü şiə əhalisinin dini əqidəsinə görə təqib olunmasından söhbət gedə bilməzdi. Görünür, müqavilənin bu parçasına dayanan ayrıca bir razılaşma üzrə ermənilərin başlıca olaraq Cənubi Azərbaycandan köçürülməsi nəzərdə tutulurdu.
I Pyoturun vəsiyyətində erməniləri torpaq verilməsi-I Pyotrun ermənilərə dövlət fərmanına (1724-cü il 10 oktyabr) görə Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi. I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər Rus-Qacar müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı parçalayan "Gülüstan müqaviləsi" ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1826-1828-ci illər Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı. Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layihə hazırladı. A.S.Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı.
1828-ci il fevralın 10-da imzalanmış "Türkmənçay müqaviləsi"nin XV maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu. Müqavilənin XV maddəsində qeyd edilir ki, "Şah həzrətləri… Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büs-bütün və tam bağışlanma əta edir…Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq, eləcə də satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında könüllü sərəncam üçün beş illik müddət müəyyən edilir".
Dosent ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələrinin yaradıldığını söyləyib:
"Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edildi, onlara İrandan alınan təzminat hesabına vəsait verildi və i. a.
Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı. İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu il Rus-Türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 min erməni köçürüldü. İran, Türkiyə və digər Şərq ölkələrində ermənilərin Rusiyaya köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirildi.
Rusiya imperiyasında buraxılmış statistik məlumatlar, xüsusilə yarım əsrdən yuxarı bir müddət ərzində nəşr olunan "Kavkazski kalendar" məlumat kitablarında, 1823-cü il siyahıyaalmasına görə, Qarabağ əyalətinin xristian-erməni əhalisinin xüsusi çəkisi 8,4 %-dən 1832- ci ildə 34,8 %-, 1897-ci ildə Rusiya imperiyasında əhalinin birinci ümumrusiya siyahıya alınmasının nəticələrinə dair nəşrlərdə-Ermənistan Respublikasının indiki ərazisində azərbaycanlıların Rusiyanın köçürmə siyasətindən sonra da əhalinin əsas hissəsini təşkil etdiyini göstərir. Belə ki, 1886-cı ildə Yelizavetpol quberniyası Zəngəzur qəzasındakı 326 kənddən 149-u azərbaycanlı (45,7 faiz), yalnız 81-i erməni (24,8 faiz) kəndi idi. 1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox idi. İrəvan quberniyasında 1891-ci ildə 661,6 min nəfər əhalidən 270,4 min nəfəri (41 faiz) azərbaycanlılar idi. 1893-cü ildə bu rəqəm 276 minə, 1897-ci ildə isə 313 minə çatdı. 1897-ci ildə Zəngəzur qəzasında əhalinin sayı 142 min nəfər oldu ki, onlardan da 71,2 min nəfəri (50,1 faiz) azərbaycanlılar, 63,6 min nəfəri (46,8 faiz) isə ermənilər idi. İndi Ermənistanın paytaxtı olan İrəvan şəhəri və İrəvan qəzasında da o dövrdəki əhalinin etnik tərkibi xüsusilə diqqəti cəlb edir. 1896-cı ildə İrəvan şəhərindəki 14,7 min nəfər əhalidən 7,2 min nəfəri (49 faiz) azərbaycanlılar, 7,1 min nəfəri (48 faiz) isə ermənilər idi. İrəvan qəzasındakı 99 min nəfər əhalidən 52,8 min nəfəri (53,5 faiz) azərbaycanlılar, 36,4 min nəfəri (46,4 faiz) ermənilər idi. 1916-cı ilin yanvarın 1-nə olan məlumata görə isə həmin regionun azərbaycanlı və erməni əhalisinin miqdarı arasındakı nisbət birinci dünya müharibəsində Qafqaz cəbhəsinin bu ərazidən keçməsinin təsiri ilə müəyyən qədər dəyişdi. Buna baxmayaraq yenə də bu ərazidə azərbaycanlılar əhalinin əsas hissəsini təşkil edirdi. Azərbaycanlılar İrəvan qəzasında 74,2 min nəfər (48 faiz), Zəngəzur qəzasında 119,5 min nəfər (53,3 faiz), Sürməlik qəzasında 45,9 min nəfər (31,2 faiz), Eçmiədzin qəzasında 41,3 min nəfər (24,6 faiz) və Yeni Bayazid qəzasında isə 50,7 min nəfər (29,2 faiz) olmuşdur".
S.Talıblı ermənilərin "Dənizdən dənizə Böyük Ermənistan" adlı xülyalarından da danışıb: "“Dənizdən dənizə Böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi əsassız iddiaları mifik dövləti yaratmaq məqsədi ilə, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan hələ XIX əsrin axırlarında yaradılmış “Daşnaksutyun” partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsi ermənilərin dünyanın hər yerində törətdikləri kütləvi qırğınlardan, terror aktlarından keçirdi".
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Füzulidə mina partlayışı olub - Agentlik əməkdaşı həyatını itirib
Bugün, 11:49 GÜNDƏM
-
“Levıy” işıq, su və qazın cəriməsi - Nə qədərdir?
Bugün, 11:35 CƏMİYYƏT
-
Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi - Baş Prokurorluq açıqlama yaydı
Bugün, 11:19 KRİMİNAL
-
“Sakaryaspor” 2-ci liqaya “yuvarlandı
Bugün, 11:10 İDMAN
-
“Azərlotereya” çempion axtarır!
Bugün, 11:05 İQTİSADİYYAT
-
Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb
Bugün, 10:55 GÜNDƏM
-
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası... - Aysu Nəbizadə yazır
Bugün, 10:35 CƏMİYYƏT
-
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
Bugün, 10:33 GÜNDƏM
-
Sosial mediada yenə fırıldaqçılar peyda olub - Qüdrət Nəzərli “Lucce Decor” adı altında vətəndaşları aldadır
Bugün, 10:09 CƏMİYYƏT
-
Seyfəddin Dəmirli son anda imtina edibmiş - Sənədlər guya İngiltərədə təsdiqlənib
Bugün, 10:02 SİYASƏT
-
Associated Press: “İran və ABŞ heyətləri arasında növbəti görüş…”
Bugün, 09:54 GÜNDƏM
-
“Space TV” qaynayır: qohumların idarəçiliyi, yoxlama və...
Bugün, 09:39 PRESS
-
Azərbaycan nefti daha 6 dollar bahalaşdı - Qara qızıl neçəyə satılır?
Bugün, 09:22 İQTİSADİYYAT
-
Bakıda beynəlxalq konfrans keçirilir
Bugün, 09:07 SİYASƏT
-
Trump İsa obrazlı fotosunu sildi - FOTO
Bugün, 00:37 SİYASƏT
-
Burak Yılmaz istefa verdi: “Bu hakimlərlə mümkün deyil”
Bugün, 00:23 İDMAN
-
ABŞ Prezidenti: “Hörmüz boğazından 34 gəmi keçdi, bu…”
Bugün, 00:16 GÜNDƏM
-
Türkiyənin 8 şəhərində “Bayqaralar”a qarşı əməliyyat – 300 nəfərə yaxın kriminal şəxs saxlanılıdı
Bugün, 00:05 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
İki idarə rəisi quda oldu – Agentliyin məsul şəxsləri cütlüyə bahalı hədiyyələr bağışlayıblar
13.04.2026, 20:46 MƏDƏNİYYƏT
-
Gəncə komandası uduzdu - Tovuz voleybolçuları finala çıxdı (VİDEO)
13.04.2026, 19:24 İDMAN
-
Masallıda yararsız 227 kq at əti satanlar saxlanılıb
13.04.2026, 19:08 İQTİSADİYYAT
-
ABŞ ordusu İran limanlarına giriş-çıxışı qapatmağa başladı – CENTCOM bütün ölkələri təhdid etdi (Yenilənib)
13.04.2026, 18:17 GÜNDƏM
-
Müğənni: "O, klipə səhlənkar yanaşdı, sən demə, kadrlar pozulub"
13.04.2026, 18:03 ŞOU-BİZNES
-
Böyük Mərdəkan qəsrində çökmə: əraziyə giriş məhdudlaşdırıldı
13.04.2026, 18:00 MƏDƏNİYYƏT
-
Britaniya ABŞ-ın qərarına qarşı çıxdı: “Olmaz!”
13.04.2026, 17:45 İQTİSADİYYAT
-
Xalq artisti Maqsud Məmmədov vəfat edib
13.04.2026, 17:27 MƏDƏNİYYƏT
-
Tibb Universiteti 110 min manatlıq təyyarə bileti alacaq
13.04.2026, 17:24 CƏMİYYƏT
-
Laçında "Bəylik Bağları" bərpa edilir
13.04.2026, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
13.04.2026, 17:00 İQTİSADİYYAT
-
Əhalinin borc yükü artıb
13.04.2026, 16:59 İQTİSADİYYAT
-
Dövlət qurumları Xəzərdə birgə monitorinq keçirib
13.04.2026, 16:54 CƏMİYYƏT
-
ABŞ-İran danışıqları çökdü, Rusiya yenidən ortaya girdi - Kremldən sürpriz təklif var
13.04.2026, 16:41 GÜNDƏM
-
“Tempo Baku” restoranının qarşısında kütləvi dava - VİDEO
13.04.2026, 16:24 GÜNDƏM