Tramp Kanadanı təhdid etdi: "Bu qərar ticarət razılaşmalarını çətinləşdirəcək"

img

31-07-2025 [10:53]


ABŞ prezidenti Donald Tramp Kanadanı təhdid edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Kanadanın sentyabr ayında Fələstin Dövlətini tanımaq qərarının xoş qarşılanmadığını deyib.

ABŞ lideri bildirib ki, bu qərar ikitərəfli ticarət razılaşmasını çətinləşdirəcək.

Xatırladaq ki, Fransa prezizenti Makrından sonra Kanadanın baş naziri Mark Karni İsrailin işğal altındakı Qəzzadakı sərt əməliyyatlarını qınayıb və sentyabrda BMT Baş Assambleyasında Fələstini bir dövlət kimi tanıyacaqlarını elan edib.

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA