Təhsil eksperti: "İki abituriyentdən biri universitetə düşməyəcək, ona görə ki..."
CƏMİYYƏT
31.07.2025, 10:05
"Bu il ali təhsil müəssisələrinə qəbul prosesi ölkənin təhsil siyasətindəki dərin idarəetmə boşluqlarını bir daha üzə çıxarıb. Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatlarına əsasən, 2025-ci tədris ili üzrə cəmi 60 489 plan yeri ayrılıb, lakin sənəd verənlərin sayı 126 928 nəfərə çatıb. Bu, o deməkdir ki, qəbul yerləri ilə müraciət edənlərin sayı arasında təxminən ikiqat fərq var və hər iki abituriyentdən biri ali təhsil almaq şansı əldə edə bilməyəcək".
Mia.az xəbər verir ki, bu barədə Musavat.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert qeyd edib ki, rəqabətin kəskinləşməsi xüsusilə pedaqoji ixtisaslarda daha çox hiss olunacaq, çünki bu sahədə qəbul planı son illərin ən aşağı səviyyəsinə endirilib, bəzi universitetlərdə müəllimlik ixtisasları tamamilə ləğv olunub:
"Bu, yalnız bu ilin abituriyentləri üçün deyil, ölkənin gələcək təhsil sistemi üçün də ciddi risklər yaradır.
“Təhsil haqqında” Qanunun 5.2-ci maddəsinə görə, dövlət əmək bazarının tələbatına uyğun olaraq kadr hazırlığı həyata keçirməli, ali təhsil müəssisələrinin qəbul planlarını bu ehtiyaclara uyğun müəyyənləşdirməlidir. Faktiki vəziyyət isə bunun tam əksini göstərir. Elm və Təhsil Nazirliyi illərdir konkret proqnozlar hazırlamadan, əmək bazarının real tələbatını dəqiq hesablaya bilmədən plan yerlərini ya süni şəkildə artırır, ya da kəskin şəkildə azaldır. 2023-cü ildə pedaqoji ixtisaslara 11 mindən çox qəbul yeri ayrıldığı halda, bu il həmin rəqəm 25-30 faiz azaldılıb. Halbuki, Dövlət Statistika Komitəsinin məlumatına görə, region məktəblərində riyaziyyat, fizika və kimya müəllimlərinin çatışmazlığı artıq 27 faizə çatıb və 2028-ci ilə qədər bu rəqəmin 40 faizə qədər yüksələcəyi proqnozlaşdırılır. Deməli, müəllim hazırlığı planı real tələbatla ziddiyyət təşkil edir və bu, gələcəkdə təhsil keyfiyyətinə mənfi təsir göstərəcək.
Müsbət tərəf kimi bu il ali təhsil plan yerlərinin ümumi sayında əvvəlki ilə nisbətən 5 faizlik artım müşahidə olunub, bəzi texniki və mühəndislik ixtisaslarında dövlət sifarişi genişləndirilib. Lakin bu, ümumi vəziyyəti dəyişmir, çünki qəbul planlarının artımı daha çox iqtisadiyyatın aşağı tələb olunan ixtisaslarına yönəlib, prioritet sahələr – pedaqoji, tibb və mühəndislik üzrə qəbul planı hələ də ölkənin inkişaf strategiyasına cavab vermir. OECD və UNESCO-nun hesabatlarında göstərilir ki, inkişaf etmiş ölkələrdə ali təhsil planı 10-15 illik proqnozlara əsaslanır, hər ixtisas üzrə məzunların işlə təminat göstəriciləri nəzərə alınır və qəbul yerləri iqtisadiyyatın inkişaf prioritetlərinə uyğun tənzimlənir. Məsələn, Finlandiyada pedaqoji ixtisaslara qəbul yalnız müəllim çatışmazlığı riskinin yüksək olduğu illərdə artırılır, tələbə hazırlığına dövlət sifarişi əvvəlcədən hesablanmış proqnozlarla tənzimlənir. Azərbaycanda isə bu proses daha çox qısamüddətli qərarlarla, siyasi və inzibati göstərişlərlə idarə olunur.
Elm və Təhsil Nazirliyi ixtisas seçimi mərhələsində marifləndirmə işini faktiki olaraq aparmır. Abituriyentlər və valideynlər qəbul planındakı bu dəyişikliklər barədə vaxtında məlumatlandırılmayıb, pedaqoji ixtisasların kəskin azalmasının hansı səbəblərdən qaynaqlandığı açıqlanmayıb. Nazirliyin nə pedaqoji kadr hazırlığı üzrə orta və uzunmüddətli proqnozu var, nə də hansı bölgələrdə, hansı fənlər üzrə müəllim çatışmazlığının qarşısını almaq üçün planlaşdırılmış proqramı. Nəticədə, abituriyentlər ötən ilin ballarına əsaslanaraq seçim edir, amma bu il pedaqoji ixtisasların keçid ballarının 20-40 bal artması ehtimalı nəzərə alınmadığından yüzlərlə gənc seçim zamanı real riskləri qiymətləndirə bilmir. Qanunvericiliyə görə dövlət gənclərin düzgün peşə seçimi üçün peşəyönümlü maarifləndirmə aparmalı, ixtisas seçimi üçün elektron simulyasiya platformaları yaratmalı, əmək bazarının tələbatını ictimaiyyətə açıq şəkildə təqdim etməlidir. Bu öhdəliklər illərdir yerinə yetirilmir və problem ildən-ilə dərinləşir".
Kamran Əsədovun fikrincə, əgər bu siyasət dəyişməsə, ölkə yaxın 5-10 ildə həm müəllim çatışmazlığı, həm də işsiz gənclər ordusunun artması ilə üzləşəcək:
"Pedaqoji ixtisaslarda bu ilki kəskin ixtisarlar keçid ballarını süni şəkildə yüksəldəcək, onlarla abituriyent müəllim olmaq istəyinə baxmayaraq qəbul ola bilməyəcək, nəticədə bu sahədə kadr qıtlığı daha da dərinləşəcək. Dünya təcrübəsi göstərir ki, təhsil planlaşdırması yalnız rəqəmlərlə deyil, strateji ehtiyaclar, iqtisadi prioritetlər və sosial ədalət prinsipləri əsasında aparılmalıdır. Azərbaycanda isə Elm və Təhsil Nazirliyi hələ də təsadüfi və qeyri-elmi yanaşmalarla qərar qəbul edir, qəbul planı siyasətində şəffaflıq və proqnozlaşdırma yoxdur, ictimai müzakirələr aparılmır. Bu boşluqlar aradan qaldırılmayana qədər ixtisas seçimi mərhələsi hər il abituriyentlər və ailələr üçün stress, qeyri-müəyyənlik və haqsız rəqabət mənbəyi olaraq qalacaq".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah küləkli hava olacaq
Bugün, 15:01 GÜNDƏM
-
YAP Gənclər Birliyinin sədri də dəyişdi - Yeni sədr və müavinləri seçildi
Bugün, 10:52 SİYASƏT
-
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bugün, 10:00 CƏMİYYƏT
-
Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - VİDEO
Bugün, 09:45 CƏMİYYƏT
-
Prezident İlham Əliyev: "Bizim öz yolumuz var" - VİDEO
Bugün, 00:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
TRAMPDAN VAHİMƏLİ XƏBƏRDARLIQ: "İrana mini nüvə bombası ata bilərik" - "MOAB"ın üstünlükləri nədir?
16.10.2026, 23:11 GÜNDƏM
-
Daha bir bələdiyyə sədri CHP-dən istefa verdi
16.10.2026, 23:11 SİYASƏT
-
ABŞ-la UKRAYNA ARASINDA GƏRGİNLİK DƏRİNLƏŞDİ, STARLİNK XİDMƏTİ GERİ ÇƏKİLDİ - Zelenski Trampa cavab verdi
16.10.2026, 19:54 GÜNDƏM
-
Nəhəng ilanların kabusu ortaya çıxdı
16.10.2026, 19:00 DÜNYA
-
Zelenski Aİ-dən 70 milyard avro istəyir: "Əks halda Putini dayandırmaq mümkün olmayacaq"
16.10.2026, 19:00 DÜNYA
-
Ceyhun Bayramov Banqladeş XİN başçısı ilə görüşüb
16.10.2026, 18:03 SİYASƏT
-
Bolqarıstan NATO-dan təcili dəstək İstədi: dron, hava müdafiə sistemləri...
16.10.2026, 17:55 GÜNDƏM
-
Vasif Talıbov YAP-dakı gücünü də itirdi
16.10.2026, 17:38 SİYASƏT
-
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
16.10.2026, 17:27 SİYASƏT
-
Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb
16.10.2026, 17:27 İQTİSADİYYAT
-
Aparıcı mesajları qəsdən gec cavabladıranları qınadı: "Çox zavallısınız"
16.10.2026, 17:20 CƏMİYYƏT
-
YAP Veteranlar Şurasında sədr və müavini yenidən seçildi
16.10.2026, 17:03 SİYASƏT
-
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və..." - Sərəncam imzalandı
16.10.2026, 17:03 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
16.10.2026, 17:02 İQTİSADİYYAT
-
Taleh Məmmədovun cinayət işi məhkəməyə göndərilib
16.10.2026, 16:17 KRİMİNAL
-
Haradan haraya - Türkiyəyə universitetdə oxumağa gəldi, indisə dünya ondan danışır
16.10.2026, 16:08 İDMAN
-
“Bakı və İrəvan anklavları dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişdirməlidir” - PAŞİNYANIN YENİ MESAJLAIRNA SÖZARDI (TƏHLİL)
16.10.2026, 15:51 SİYASƏT
-
Son üç seçkini dəqiq proqnozlaşdıran mərkəzdən sorğu - "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz?"
16.10.2026, 15:29 SİYASƏT
-
İsrail ordusu Livanın cənubunu bombalayıb
16.10.2026, 15:22 DÜNYA
-
Bu komandalara texniki məğlubiyyət verildi
16.10.2026, 15:05 İDMAN
-
Azərbaycanın Baş prokurorluğu türkiyəli jurnalisti axtarışa verdi - Bu səbəbə görə (FOTO)
16.10.2026, 15:02 PRESS
-
Qazaxıstanda 1500 illik məzardan nələr çxmadı ki? - Qızıl ayaqqabılar, kəmər... + FOTOLAR
16.10.2026, 14:47 MƏDƏNİYYƏT
-
Hülya Avşar "Qanlı Nigar" rolunu oynayacaq: "Xaraktercə yaxınıq"
16.10.2026, 14:26 MƏDƏNİYYƏT
-
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
16.10.2026, 14:22 İQTİSADİYYAT
-
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə müzakirə aparıb
16.10.2026, 14:10 SİYASƏT
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
16.10.2026, 13:59 KRİMİNAL
-
Yunanıstanda şok hadisə - Əsgər kəmərdən 300.000 litr neft oğurlayıb və...
16.10.2026, 13:25 DÜNYA
-
Nigar Biləndərli vəzifədən gedib
16.10.2026, 13:16 İQTİSADİYYAT